Icma.az
close
up
RU
6 ayın xronologiyası: Kimlər müharibə etdi?

6 ayın xronologiyası: Kimlər müharibə etdi?

Icma.az, Sfera.az saytına istinadən bildirir.

2025-ci ilin ilk altı ayı müxtəlif bölgələrdə hərbi münaqişələr və diplomatik gərginliklərlə yadda qalıb. Dünyanın bir sıra bölgələrində baş verən qarşıdurmalar minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı didərgin salıb.

Sfera.az ilin ilk altı ayında baş verən hərbi toqquşmalar və gərginlikləri təqdim edir: 

Hindistan-Pakistan


Aprelin sonlarında Hindistanın Kəşmir bölgəsində baş verən terror hücumu iki ölkə arasında münasibətləri kəskin gərginləşdirib. Hindistan hücumda Pakistana bağlı qrupları ittiham edib, Pakistan isə bu iddiaları rədd edib. Mayın əvvəlində sərhəd zonasında qarşılıqlı artilleriya atəşləri və raket hücumları yaşanıb. ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması münaqişənin böyüməsinin qarşısını alıb.

İran-İsrail qarşıdurması yeni mərhələyə keçdi


İyunda Yaxın Şərqdə gərginlik daha da artıb. İsrail, İranın nüvə obyektlərinə və hərbi bazalarına aviazərbələr endirib. İran buna cavab olaraq İsrail ərazisinə raket və dron hücumları təşkil edib.

Kamboca-Tailand sərhədində toqquşma


Mayın son günlərində Kamboca ilə Tailand arasında sərhəd bölgəsində hərbi qarşıdurma qeydə alınıb. Atışma nəticəsində azı bir kambocalı əsgərin öldüyü bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır.

Afrika Qitəsində münaqişələr davam edir


Afrikada da vəziyyət sabit deyil. Sudan ordusu ilə RSF (Rapid Support Forces) qruplaşması arasında döyüşlər 2025-ci ilin ilk yarısında da intensiv davam edib. BMT məlumatına görə, müharibə nəticəsində indiyədək on minlərlə insan həlak olub, milyonlarla insan isə evsiz qalıb. Cənubi Sudanda mart ayından etibarən Malakal şəhəri uğrunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər şiddətlənib. Ən azı 180 nəfərin öldüyü, 120 mindən çox insanın təhlükəsizlik məqsədilə evlərini tərk etdiyi bildirilib.

Qırmızı Dənizdə Hovsi (Houthi) hücumları

Yəməndə İranın dəstəklədiyi Hovsi üsyançıları 2025-ci ilin ilk yarısında Qırmızı dənizdə ticarət gəmilərinə qarşı onlarla hücum həyata keçirib. ABŞ və Böyük Britaniya regionda hərbi əməliyyatlar aparsa da, hücumların tam qarşısı alına bilmir. İyun ayında keçirilən hücumların birində üç dənizçi həyatını itirib.

Kolumbiyada qruplaşmalar arasında silahlı qarşıdurmalar

Latın Amerikasında Kolumbiyanın Catatumbo bölgəsində ELN və FARC qruplaşmaları arasında yanvar ayından bəri davam edən toqquşmalarda yüzdən çox insan həyatını itirib. Minlərlə insan isə bölgəni tərk etməyə məcbur olub.

Myanmar daxili müharibəsi genişlənir

Myanmarda hökumət qüvvələri ilə müxtəlif etnik silahlı qruplaşmalar arasında qarşıdurmalar yanvar ayından daha da şiddətlənib. Xüsusilə Arakan bölgəsində hava hücumları nəticəsində yüzlərlə mülki şəxs həyatını itirib.

Rusiya-Ukrayna döyüşləri səngimək bilmir

2025-ci ilin ilk yarısında Rusiya ilə Ukrayna arasındakı döyüşlər də davam edib. Rusiyanın Şərqi Ukraynaya hücumları intensivləşib, Ukrayna isə sərhəd bölgələrində müdafiəni gücləndirib. Döyüşlər nəticəsində çoxsaylı insan tələfatı və yeni humanitar böhran yaranıb.

Mərkəzi Afrika Respublikasında yeni təhlükə

Sudandakı müharibənin təsirləri Mərkəzi Afrika Respublikasına da sirayət edib. RSF yaraqlıları sərhədi keçərək CAR ərazisində qarşıdurmalar yaradıb. Hadisələr zamanı bir BMT sülhməramlısının həlak olduğu bildirilir.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri