Icma.az
close
up
RU
Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? ARAŞDIRMA

Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? ARAŞDIRMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Şanlı İkinci Qarabağ savaşından 5 il ötür. Bu müharibədə iştirak edib, öz qanı və canı bahasına zəfərin əldə olunmasında iştirak edən hər kəs bu gün böyük ehtiramla yad edilir.
44 günlük müharibədə 3 minə yaxın şəhid verdik, onminlələrlə soydaşımız isə şərəfli qazi adını qazandı.
Bu gün şəhidlərlə yanaşı qazilərimizə qarşı xüsusi hörmət var. Amma bəzi hallarda qazilərə fərqli münasibət görürük. Bu isə qətiyyən doğru yanaşma deyil.
 

Bəri başdan deyək ki, Birinci Qarabağ savaşının bütün iştirakçıları müharibə veteranıdırlar. Amma İkinci Qarabağ savaşının sağ qalan bütün iştirakçıları isə həm müharibə veteranı, həm də qazidirlər.


Niyə?
Səbəb çox sadədir. Qazi döyüşdən qalib dönənə deyirlər. Nəzərə alaq ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərilə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir.
 

Bu da o deməkdir ki, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlir.


Çox təəssüf ki, Birinci Qarabağ savaşında biz döyüşləri uduzmuşuq. Ona görə də həmin döyüşlərdə iştirak edənlər qazi yox, müharibə veteranıdır.
Nəzərə alaq ki, rəsmi olaraq qazi ifadəsi işlənmir. Məsələn Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasını müdafiəsi zamanı yaralanmışdır” sözü yazılır.  Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, müharibə iştirakçılarının hamısı üçün isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” kimi qeydiyyat aparılır.
Qazi ifadəsi sadəcə ehtiram mənasında, bəzənsə müharibə veteranının qısaldılmış formasında işlədilir.
Təbii ki, həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak edən, şəhid olan hər kəs eyni hörmətə və qayğıya malikdir. Dövlət tərəfindən hər iki müharibənin iştirakçısına eyni cür yanaşma var.
Amma bəzən cəmiyyətdə, hətta dövlət qurumlarında bilərəkdən və yaxud bilməyərəkdən müharibə veteranlarına fərqli yanaşma sərgilənir. Məsələn bəzi hallarda veteranlara müəyyən diqqətsizlik göstərərək “sən qazi deyilsən”deyirlər. Belələrinin məntiqincə, müharibədə yaralanmamısansa və yaxud sağlamlığını itirməmisənsə sən qazi sayılmırsan.
Bu cür yanaşma kökündən səhvdir.
Əgər vətəndaş Müdafiə Nazirliyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib” sözləri yazılmış vəsiqə göstərirsə və o İkinci Qarabağ savaşının iştirakçısıdırsa o həm qazi, həm də müharibə veteranıdır. Lakin Birinci Qarabağ savaşının iştirakçıları yalnız müharibə veteranıdır.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see239

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see196

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see141

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see137

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see134

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri