6 futbolçu Kəpəz in məşqində iştirak etmədi
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə matçdan sonra istirahətə buraxılan "Kəpəz" futbolçuları bu gün bir araya gəliblər.
Sportal.az xəbər verir ki, baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında keçirilən məşq prosesində bir neçə futbolçu iştirak etməyib.
Belə ki, Namik Ələskərov Azərbaycan milli komandası, Viktor Stina Moldova yığması, Şahnur İsmayılov isə U-20-nin düşərgəsindədir.
Bundan başqa, zədələrini tam sağaltmayan David Domgjoni və Azuma Abubakar, eləcə də diz nahiyəsində ağrılar hiss edən Adama Fofana da məşqə qatılmayıb.
Sabahdan etibarən məşqləri intensivləşdirəcək "sarı-göylər" noyabrın 14-də I Liqa təmsilçisi "Gəncəbasar"la yoxlama görüşündə qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Noyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















