Kəpəz futbolçu seçimi etdi
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kəpəz" PFK Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə start verib. Sport24.az xəbər verir ki, seleksiya məşqlərində 6-14 yaş arası (2012-2020-ci il təvəllüdlü) uşaqlar iştirak edirlər.
Klubun Məşq Mərkəzində keçirilən seçimlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə klubun icraçı direktoru Ruslan Məmmədov, Akademiyanın koordinatoru Vasif Vəliyev, eləcə də bütün yaş qrupları üzrə məşqçilər iştirak ediblər.
Seçimlərin ilk günündə 200-ə yaxın uşaq öz bacarıqlarını nümayiş etdirib. İki gün davam edəcək seleksiya məşqləri iyunun 7-də başa çatacaq.
Akademiyaya qəbul olunacaq uşaqlar məşqçilər tərəfindən qiymətləndirilərək yaş qruplarına uyğun komandalara cəlb ediləcəklər.
Baxış sayı:63
Bu xəbər 07 İyun 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















