Icma.az
close
up
RU
6 il keçsə də təhlükə bitmir, milyonlarla mina basdırılıb EKSPERT

6 il keçsə də təhlükə bitmir, milyonlarla mina basdırılıb EKSPERT

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təəssüflər olsun ki, Avropa və digər ölkələr, Azərbaycana bu sahədə nə maddi yardım ayırır nə də minatəmizləmə prosesinə dəstək üçün mütəxəssis göndərir

44 günlük müharibədə düşməni doğma yurdumuzdan qovsaq da, onların tör-töküntüləri ilə mübarizə aparmağa məcbur qalmışıq. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün "X" hesabında 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışlarından 427 nəfərin zərər çəkdiyini, onlardan 73-nün həlak olduğunu açıqlayıb.

1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Mina partlayışı dedikdə ağıla ilk gələn ağrılı hadisələrdən biri də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun ermənilərin vandal əməllərinin qurbanı olmasıdır. Düşmənin torpaqlarımıza səpdiyi ölüm toxumlarının sayı-hesabı bilinmir. Məhz buna görə işğaldan azad edilmiş ərazilərə geri dönən xalqımızın taleyi hər kəsi narahat edir.

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a bildirib ki, vətəndaşlarımız minatəmizləmə işləri başa çatdırılmış ərazilərə köçürülür:

“Ermənilər torpaqlarımıza milyonlarla mina basdırıblar. Ərazilər çox geniş olduğu üçün minaların tam təmizlənməsi uzun vaxt aparacaq. İşğaldan azad olunmuş bölgələrin hər birində mina təhlükəsi qalmaqdadır. Dövlətimiz dəfələrlə Ermənistandan dəqiq mina xəritələrinin verilməsini tələb edib. Onlar əllərində olan bütün xəritələri, Azərbaycana verdiklərini bildirirlər. Bəlkə də həqiqəti deyirlər. Çünki həmin xəritələrdə əks olunmayan ərazilərdə də minalar yerləşdirilib”. 

Ekspertin sözlərinə görə, 44 günlük müharibədən sonra kəşfiyyata çıxan erməni hərbçiləri, minaları ağlasığmaz yerlərə, qəbirstanlığa belə basdırıblar:

“Müharibədən 6 il keçməsinə baxmayaraq, hələ də bəzi ərazilərdə mina partlayışlarının şahidi oluruq. Əhalinin təhlükəsizliyini təmin etmək üçün minaların mövcud olduğu ərazilərdə təhlükəyə aid nişanlar qoyulmalı və hasar çəkilməlidir. Təəssüflər olsun ki, Avropa və digər ölkələr, Azərbaycana bu sahədə nə maddi yardım ayırır nə də minatəmizləmə prosesinə dəstək üçün mütəxəssis göndərir. Məhz buna görə, təmizləmə işləri hələ uzun çəkəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri