Zaxarovadan qonşu ölkəyə hədə: Nəticələri ağrılı olacaq
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Tokionun revanşist siyasəti ağrılı nəticələrə gətirib çıxara bilər, Rusiya Yaponiyanı bu siyasətin təhlükəli nəticələri barədə xəbərdar edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Təəssüf ki, Yaponiya hökuməti nəinki üzr istəmir, hətta İkinci Dünya müharibəsinin nəticələrini belə tanımaq niyyətində deyil. Məncə, bu, bu gün mövcud olan bir çox problemlərin əsas səbəbidir. Yaponiya məktəb dərsliklərində ölkənin qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarına xüsusi vurğu edilir. Bununla yanaşı, İkinci Dünya müharibəsi illərində Yaponiya hərbçilərinin törətdiyi dəhşətli vəhşiliklər haqqında məlumatlar isə, demək olar, tamamilə yoxdur.
Bütün bunlar Tokionun hazırkı siyasətinin təhrif olunmuş məntiqinə uyğundur. Bu siyasət tarixi revizionizmə və ya revanşizmə əsaslanır. Bu isə 80 ildən çox əvvəl baş verdiyi kimi, çox ağrılı nəticələrə gətirib çıxara bilər. Yaponiya tərəfini belə bir inkişafın təhlükələri barədə daim, açıq şəkildə və diplomatik kanallar vasitəsilə xəbərdar edirik”, - Zaxarova vurğulayıb.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Oktyabr 2026 02:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















