Icma.az
close
up
RU
6 ildə 22 səfər: Qarabağın dünəni və bu günü dünyaya belə çatdırılır

6 ildə 22 səfər: Qarabağın dünəni və bu günü dünyaya belə çatdırılır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu gün Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. 

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar. 

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir. 

“Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini çox əhəmiyyətli, vacib bir səfər kimi dəyərləndirmək olar”. 

Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirib. Millət vəkilinin sözlərinə görə, bu ərazilər uzun müddət işğal altında qaldığı dövrdə zaman böyük talana məruz qalmışdı, dağıntılarla üzləşmişdi:

“Bu ərazilərdə yaşayan insanlara qarşı böyük soyqırımları törədilmişdi. Həmin ərazilərdən didərgin salınmış insanların yaşayış məskənləri, məntəqələri, şəhərlər, qəsəbələr yerlə yeksan edilmişdi. Bununla yanaşı, həmin ərazilərdə ekosid də baş vermişdi. 

Yəni ətraf mühitə böyük zərərlər vurulmuşdu. Bir tərəfdən təbii sərvətlərin talan edilməsi, digər tərəfdən flora və faunanın, Həkəri, Bərgüşad çaylarının ağır metallarla çirkləndirilməsinin ən ifrat dərəcədə baş verdiyini görürük. Nəticə etibarilə mədəni irsə də çox böyük zərər vurulmuşdu. 

Bizim kütləvi şəkildə mədəni obyektlərin dağıdılması, bəzi hallarda tariximizin saxtalaşdırılmasını məhz həmin işğal dönəmində baş verdiyini gördük. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra basdırılan çoxsaylı minalar var ki, onların sayı 1 milyondan çox olduğu bildirilir. 

Bu minaların da bir qismi məhz 2021-2022-ci ilin istehsalı olan minalardır. Bu, onu götərir ki, hətta 44 günlük Vətən müharibəsindən sonra belə, ölkəmizə, əhalimizə qarşı mina terroru davam etdirilib. Bu gün də həmin ərazilərdə böyük bərpa, quruculuq işləri həyata keçirilir. 

Bir tərəfdən həmin işğalın nəticələrinin nədən ibarət olması barədə təsəvvürlərin formalaşması baxımından, eləcə də diplomatik korpus nümayəndələrinin həmin ərazilərə səfəri, digər tərəfdən orada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə birbaşa tanış olmaq baxımından bu səfər vacibdir”. 

Millət vəkili bildirib ki, səfər  iki aspektdən -  mövcud vəziyyətin nədən ibarət olduğunu və gələcəkdə hansı işlərin yerinə yetiriləcəyi barədə təsəvvürlərin formalaşdırılması üçün əhəmiyyətlidir: 

“Vaxtaşırı həyata keçirilən işlərin mahiyyəti barədə müəyyən təsəvvürlərin formalaşması üçün bu kimi səfərlərin təşkil edilməsi olduqca vacibdir. Çünki diplomatik korpus zaman-zaman yenilənir. 

Hər dəfə də yeni şəxslərin bu prosesə cəlb olunması ilə bütövlükdə işğaldan azad olunmuş ərazilərin istər keçmişi, istər bu gün, istərsə də gələcəyi barədə dövlətin həyata keçirdiyi strateji kursun nədən ibarət olduğunu göstərmək olur. 

Diplomatik korpusun yeni nümayəndələri istər-istəməz işlərin gedişatı barədə təsəvvürlərə malik olmaqla yanaşı, həm də öz dövlətləri üçün bu sahədə həyata keçirilə biləcək mümkün fəaliyyətlərin nədən ibarət olması barədə də müəyyən təxminlər və planlarını müəyyənləşdirə bilər. 

Çünki zaman-zaman bərpa-quruculuq işlərində, o cümlədən bu ərazilərdə həyata keçirilən inkişaf layihələrində iştirak edən dövlətlərin sayı artmaqdadır”. 

Millət vəkilinin sözlərinə görə, hər dəfə yeni-yeni dövlətlər bu prosesə qoşulmaqla Azərbaycan xalqının, dövlətinin yanında olduqlarını göstərirlər: 

“Nəticə etibarilə bu, həmin dövlətlərin həyata keçirilən bərpa-quruculuq işlərinə töhfəsi kimi də dəyərləndirilir. Məhz bu prosesdə yaxından iştirak edən dövlətlər bu gün bizim dövlətin, ölkənin strateji tərəfdaşlarıdır. Onların da sayı gündən-günə artmaqdadır. 

Həm cari vəziyyət, həm də perspektiv planlar nöqtey-nəzərindən bu səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Həm də həmin səfərdən sonra diplomatik korpus nümayəndələrinin açıqladığı məqamlar var. 

Onların dilə gətirdiyi fikirlər həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı olan vacib mesajlardır ki, bunu da çox yüksək dəyərləndirmək yerinə düşər. Bu baxımdan, məhz bu kontekstdə fəaliyyətlərin davam etdirilməsi olduqca vacibdir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Şərqi Zəngəzur Azər Allahverənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri