6 illik Kevin Medina dövrü bitdi Qarabağ rəsmən açıqladı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında (İnstaqram) məlumat verilib.
"Təşəkkürlər, Kevin. Hər şey üçün təşəkkür edirik" - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, 33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçəcəyi bildirilir. “Qarabağ”dan QOL.az-a daxil olan xəbərə görə, Medina üçün sərfəli təklif olub. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.
Xatırladaq ki, Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyanın "Şaviş" klubundan transfer olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 İyun 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















