Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

6 nömrəli məktəbdə özbaşınalıq: “Valideynləri məcburi ərizə yazmağa...”

6 nömrəli məktəbdə özbaşınalıq: “Valideynləri məcburi ərizə yazmağa...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhərində yerləşən 6 nömrəli tam orta məktəbdə oxuyan şagirdlərin valideynləri ciddi problemlə üzləşiblər. 

İddialara görə, məktəbin rəhbərliyi və müəllimlər şagirdlərin 10-cu sinifdə təhsillərini davam etdirməməsi üçün valideynlərdən məcburi ərizə alıblar. 

Bu qərarın səbəbi kimi buraxılış imtahanlarında aşağı nəticələr göstərilib, lakin şikayətçilər arasında 100-dən çox bal toplayan şagirdlərin də olduğu qeyd olunur.

Məsələ ilə bağlı həmin məktəbdə araşdırma aparılıb-aparılmadığı və qanunsuz sayılan bu hərəkətə qarşı hansı tədbirlərin görüləcəyi isə hələ də məlum deyil.

Bəs təhsil sistemində 10-cu sinfə keçid üçün hər hansı bal tələbi varmı və məktəb rəhbərliyi valideynləri ərizə verməyə məcbur edə bilərmi?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirdi ki, IX sinfi bitirən hər şagird bal limiti olmadan X sinifdə oxumaq hüququna malikdir:

“Əslində, Azərbaycanda IX sinfi bitirən şagirdlərin X sinfə qəbul olunması ilə bağlı hər hansı rəsmi “minimum bal limiti” nəzərdə tutulmayıb. Dövlət ümumi təhsil sistemi ardıcıllıq əsasında qurulub və hər bir şagirdin IX sinfi bitirdikdən sonra istəyi əsasında təhsilini X sinifdə davam etdirmək hüququ var.

Burada əsas məsələ ondan ibarətdir ki, məktəb rəhbərliyi şagirdin təhsil hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Yəni nəticəsi zəif olan şagirdlər belə, öz arzusu ilə ümumi orta təhsildən tam orta təhsilə keçə bilərlər.

Digər tərəfdən, son illərdə bəzi məktəblərdə təmayül siniflərinin yaradılması praktikasına keçilib. Təmayül siniflərinin məqsədi şagirdlərin gələcək ixtisas yönümünə uyğunlaşmasını təmin etməkdir. 
Bu halda, məsələn, riyaziyyat-fizika və ya təbiət fənləri üzrə təmayül seçilirsə, həmin istiqamətdə bilik və bacarıqları zəif olan şagirdlərin başqa təmayül siniflərinə və ya alternativ məktəblərə yönləndirilməsi mümkündür.

Ancaq bu, şagirdin tam orta təhsildən kənarlaşdırılması demək deyil. Sadəcə, onun nəticələri ilə uyğun gəlməyən təmayül sinifində təhsil alması pedaqoji baxımdan səmərəli sayılmır”.

Ekspert qeyd edib ki, məktəb valideyni ərizə yazmağa məcbur edə bilməz, seçim hüququ valideyn və şagirdə məxsusdur:

“Valideynlərin məcburi ərizə imzalaması məsələsinə gəlincə, məktəb rəhbərliyi belə bir addım ata bilməz. Əgər valideyn övladının X sinifdə oxumasını istəyirsə, bu, onun tam qanuni hüququdur və bunun qarşısını heç bir məktəb ala bilməz.

Məktəbin əsas öhdəliyi şagirdə təhsil imkanlarını təmin etməkdir, valideynin iradəsi əksinədirsə, məcburən “ərizə yazdırmaq” praktikası qanunsuz və pedaqoji prinsiplərə zidd hesab olunur.

IX sinifdən sonra şagirdlərin qarşısında iki yol açıqdır: tam orta məktəbdə təhsilini davam etdirmək və ya peşə təhsilinə yönəlmək.
Bu seçim yalnız şagirdin və valideynin razılığı ilə həyata keçirilir. Məktəblərin özbaşına bal həddi müəyyənləşdirməsi və ya valideynləri məcburi ərizə yazmağa vadar etməsi həm qanunvericiliyə, həm də uşağın təhsil hüququna ziddir.
Gülər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri