60 MİN BOŞ İŞ YERİ HARDADIR? Agentlik sədrinin müəmmalı açıqlaması
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov dünən keçirdiyi mətbuat konfransında maraqlı rəqəmlər səsləndirib.
“AzPolitika” xəbər verir ki, H.Abbasovun xüsusilə də ölkədə 60 min aktiv vakansiyanın, yəni, boş iş yerinin olduğunu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Məsələ ondadır ki, “oxu atıb yayı gizlədən” agentlik sədri bu 60 min(!) boş iş yerinin hansı sahələrə aid olduğunu açıqlamayıb. Vətəndaşda isə haqlı olaraq sual yaranır ki, insanların işsizlikdən əziyyət çəkməsi, çox zaman fırıldaqçılıqla məşğul olan işəgötürmə firmaları tərəfindən aldadılması, iş üçün başqa ölkələrə üz tutması fonunda bu 60 min rəqəmi hardan çıxdı? Və əgər doğrudan da real olaraq bu qədər boş iş yeri varsa, nədən vətəndaşın bundan xəbəri yoxdur? Yaxud bu iş yerlərilə bağlı hansı şərtlər, hansı əməkhaqqı nəzərdə tutulur ki, onlar indiyə qədər boş qalıb? Təəssüf ki, agentlik sədri bu və digər suallara cavab verməyib, ya da ona bu barədə sual verən olmayıb…
Əslində, bu qədər boş iş yerinin olması bir neçə səbəblə bağlı ola bilər. Bunların arasında təklif ounan əməkhaqqının aşağı, iş şəraitinin isə ağır olması, vakant yerlərə uyğun ixtisaslı mütəxəssislərin olmaması və s. kimi səbəblər önə çıxa bilər. Təbii ki, başqa səbəblər də mümkündür. İstənilən halda, agentliyin belə bir rəqəmi səsləndirəndən sonra bununla bağlı ətraflı izahat verməsi və statistika açıqlaması zəruridir. Çünki bu qədər işsiz olan məmləkətdə 60 min boş iş yerinin olması və insanların bundan məlumatsız qalmasına, yaxud bu işlərlə təmin olunmamasına görə məsuliyyət daşıyanlardan biri də adı çəkilən agentlikdir…
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 28 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















