Icma.az
close
up
RU
600 illik cəngavərdə nadir Kruzon sindromu aşkar edildi

600 illik cəngavərdə nadir Kruzon sindromu aşkar edildi

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyadakı "Calatrava" ordeninə mənsub bir cəngavərin skeletində tapılan Kruzon sindromu Orta Əsrlər arxeologiyasında növünün ilk nümunəsi kimi sənədləşdirilib. Bu nadir genetik vəziyyətə sahib bir yetkin insanın qalıqları tarixdə ilk dəfədir ki, gün üzünə çıxarılır.

Milli.Az xəbər verir ki, İspaniyalı arxeoloqlar ölkənin ilk hərbi-dini birləşmələrindən biri olan "Calatrava" ordeninə aid bir cəngavərin qeyri-adi skelet qalıqlarını tapıblar. Skeletin ümumi quruluşu tipik xüsusiyyətlər göstərsə də, fərdin kəllə sümüyü fövqəladə dərəcədə dar və uzun formaya malik idi. Heritage jurnalında dərc olunan araşdırma komandası bu morfoloji quruluşun Kruzon sindromundan qaynaqlandığı qənaətinə gəlib.

Rovira i Virgili Universitetinin tədqiqatçısı Karme Risseç qeyd edib ki, əvvəllər bu sindromlu körpə qalıqları tapılsa da, bir yetkində, xüsusən də bir döyüşçüdə bu vəziyyətin sənədləşdirilməsi istisna haldır.

Kruzon sindromunun əsas əlaməti olan kraniosinostoz körpəlik dövründə kəllə sümüklərinin vaxtından əvvəl bitişməsi nəticəsində kəllənin normal inkişafını tamamlaya bilməməsi və qeyri-adi forma almasıdır. Bu vəziyyət müasir dövrdə cərrahi yolla müalicə edilsə də, Orta Əsr şəraitində qalıcı fiziki dəyişikliklərə səbəb olurdu.

Tədqiqatçı Karme Risseç bu fərdin cəngavər olduğuna dair bir neçə ciddi sübut təqdim edir:

Sağ qoldakı deltoid və biseps əzələlərinin sümüyə birləşmə izləri digər cəngavərlərin skeletləri ilə tamamilə eynidir.

Bud sümüyü və çanaq oynağındakı aşınmalar fərdin mütəmadi olaraq at mindiyini göstərir.

Kəllə sümüyünün gicgah nahiyəsində deşici yara, ənsəsində zərbə izi və sol qamış sümüyündə böyük əzilmə aşkarlanıb. Bu xəsarətlərin heç birində sağalma izi yoxdur, bu da onların ölüm anında alındığını sübut edir.

Tədqiqat göstərir ki, təxminən 50 yaşında ölən bu kişi 12-15-ci əsrlər arasında yaşayıb. Kruzon sindromu adətən ciddi əqli geriliyə səbəb olmadığı üçün o, cəmiyyətin aktiv üzvü olub.

Lakin çənə nahiyəsindəki deformasiyalar onun yemək yemək kimi təməl ehtiyaclarda çətinlik çəkdiyini və bəlkə də köməyə ehtiyac duyduğunu göstərir. Bütün bunlara baxmayaraq, osteoloji tapıntılar bu adamın at minə bildiyini, qılınc qurşandığını və müharibə vaxtı gəldikdə silahdaşları ilə çiyin-çiyinə döyüşdüyünü sübut edir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2026 06:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri