Icma.az
close
up
RU
600 min metrlik hekayə: Nolanın “Odissey”i indidən tarixə düşüb

600 min metrlik hekayə: Nolanın “Odissey”i indidən tarixə düşüb

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlk baxışdan mövzu elmi fantastikaya meyilli Nolanın yaradıcılığı üçün qəribə görünə bilər. Amma yunan mifologiyası rejissora həmişə çox maraqlı gəlib. Hətta vaxtilə “Troya”nı çəkməyi də arzulayırmış...
10 il + 10 il

Odisseya - Dünya ədəbiyyatında xüsusi yeri olan təməl əsərlərdən biridir. Onillik Troya müharibəsi bitib. Yunanlar məmnun halda evlərinə dönürlər. Lakin allahların planı başqadır. Onlar qalibləri məhv emək üçün müxtəlif tələlər fikirləşiblər. Çətin sınaqlardan keçməli olanların arasında İtaka hökmdarı Odissey də var. O, tsikloplarla, nəhəng adamyeyənlərlə, sirenlərlə, dəniz bədheybətləri ilə, ilahələrlə, sehrbazlarla, nimfalarla rastlaşacaq, nəticədə yolu daha 10 il uzanacaq. Nəhayət, gedib İtakaya çatanda isə evinə, arvadına və taxtına yenidən sahiblənmək üçün mübarizə aparmalı olacaq. Çünki onların hər üçünə göz dikənlər az deyil...
Kim kimi?
Nolanın əvvəlki filmlərində olduğu kimi, burada da ulduzlar sayrışırlar. Odissey rolunu rejissor Mett Deymona həvalə edib. Onun oğlu Telemakı “hörümçək-adam” Tom Holland canlandırıb. Odisseyi bir il adasında saxlayan Məğrib hökmdarı, sehrbaz Kirk rolunda Şarliz Teronu görəcəyik. Müdriklik ilahəsi və Odisseyin hamisi Afinanı Zendeya canlandırıb.
Odisseyin yolunu 20 il gözləyən sadiq xanımı Penelopa rolunu Nolan əvvəlki filmlərində də birlikdə işlədiyi gözəl aktirisa Enn Hetueyə tapşırıb. İtaka hökmdarının yoxluğundan istifadə edərək, xanımını və taxtını ələ keçirməyə çalışanlardan birini (“Odisseya”nın Yalıncığı) “vampir” Robert Pattinson ifa edir.
Filmdə həmçinin Con Lequziamo, Mia Qot və bir sıra digər tanınmış aktyorlar çəkiliblər.
Böyük büdcə, köhnə komanda
250 milyon dollarlıq büdcə ilə “Odissey” Nolanın karyerasındakı ən bahalı film olacaq. Filmin çəkilişləri İtaliya, Yunanıstan, Şotlandiya, İslandiya, Mərakeş və Qərbi Saharada aparılıb.
Nolan bu dəfə də ənənəvi komandası ilə işləyib. Həyat yoldaşı Emma Tomas həmişəki kimi filmin prodüseridir. Operator işini Hoyte van Hoytemə (“Oppenhaymer”), musiqini Lüdviq Qoranssona (“Tenet”, “Oppenhaymer”) tapşırıb.
Çəkilişlər 2025-ci ilin fevralında başlayıb və 164 gün davam edərək, avqustda bitib. Sonra uzun, mürəkkəb postpradakşn mərhələsi başlayıb. Çəkilişlərin böyük hissəsi açıq dənizdə baş tutub. Rejissor istəyirmiş ki, aktyorlar açıq dənizdə qeyri-müəyyənliyə doğru üzməyin nə demək olduğunu, tamaçılar isə dəniz səfərlərinin reallığını hiss etsinlər.
Analoq rəqəmə qarşı
“Odissey” dünyada 70 millimetrlik IMAX plyonkasına çəkilmiş ilk filmdir. Bu, texnoloji baxımdan sıçrayış sayılır. 65 millimetrlik IMAX kameraları laborotriyalarda mövcud olsa da, real çəkiliş meydanında sınaqdan keçirilməmişdi. Problem ondadır ki, IMAX-kameralar ağır, yöndəmsiz və səs-küylü olur. Mühəndislər Nolan üçün xüsusi olaraq 30% daha sakit işləyən 70 mm-lik IMAX kamerası yaradıblar. Hələ ki bu kamera ancaq onun sərəncamındadır.
Nolan “Odissey”i çəkmək üçün 600 min metr uzunulunda lent işlədib. Bu, hətta iribüdcəli kino üçün də görünməmiş haldır. Təkcə plyonkaya 3 milyon dollar pul xərclənib.
Rejissor rəqəmsal kameraya çəkməkdən imtina edir. O, IMAX-plyonkanın köhnə pərəstişkadır. “Qara cəngavər”, “İnterstellar”, “Oppenhaymer” filmlərini də bu plyonkaya çəkib.
Nolanın fikrincə, klassik plyonka ilə mühəndisliyin izdivacı ekranda miqyasın, rəngin və dərinliyin yaradılması baxımından rejissorlara unikal alət təqdim edir.
Beləliklə, film anoloq ilə rəqəmsallığın mübarizəsində birincilərin xeyrinə ciddi arqument olmalıdır. Hesab edilir ki, “Odisseya” iriformatlı ekran görünüşünün yeni standartını yaradacaq.
Kinomanlar üçün “Odissey” əsl kino bayramı olmalıdır. Filmin treylərindən belə qənaətə gəlmək olur ki, Nolan bu dəfə sevdiyi ənənəvi süjet dolaşıqlığına aludə olmadan birbaşa epik üslubda hekayə danışıb. Nə alındığını iyul ayında görəcəyik.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 May 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri