Icma.az
close
up
RU
“AI for Engineers” proqramı çərçivəsində təlimlər başlayıb

“AI for Engineers” proqramı çərçivəsində təlimlər başlayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində 30 iştirakçı proqram mühəndisliyində süni intellekt texnologiyalarının praktiki tətbiqi üzrə bilik və bacarıqlarını inkişaf etdirəcək.

4SİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəz və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə “AI for Engineers” təlim proqramına start verilib. Proqrama qoşulmaq üçün 170-dən çox müraciət daxil olub. Açıq seçim prosesi çərçivəsində namizədlərin texniki bacarıqları, “GitHub” profilləri, əvvəlki layihələri və motivasiyaları qiymətləndirilib. Nəticədə 30 nəfər proqramda iştirak hüququ qazanıb.

Proqramın açılışında 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov süni intellektin sürətli inkişafının əmək bazarında mühəndislərdən yeni bilik və bacarıqlar tələb etdiyini bildirib. Qeyd olunub ki, proqramın məqsədi gənc mütəxəssislərin süni intellekt alətlərindən proqram mühəndisliyində praktiki istifadə bacarıqlarını inkişaf etdirmək və onların rəqabət qabiliyyətini artırmaqdır.

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində rəqəmsal bacarıqların və yüksək ixtisaslı insan kapitalının inkişafının əsas istiqamətlərdən biri olduğu vurğulanıb.

“Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə layihə əsaslı və praktiki öyrənmə modelinin iştirakçılara süni intellekt texnologiyalarını real tapşırıqlar üzərində tətbiq etmək imkanı yaradacağını bildirib.

Qeyd edilib ki, 14 günlük proqram iki mərhələdən ibarətdir. İlk 6 gün ərzində iştirakçılar intensiv praktiki təlimlərdə iştirak edəcəklər. Növbəti 8 gün ərzində isə mentorların dəstəyi ilə komandalar şəklində layihələr hazırlayaraq əldə etdikləri bilikləri praktikada tətbiq edəcəklər.

Proqram iştirakçıları bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələr, yeni məzunlar və karyeralarının ilkin mərhələsində olan mütəxəssislər arasından seçilib.

Təlimlər əyani formatda “Holberton School Azerbaijan”da keçirilir və iştirakçılar üçün ödənişsizdir.

Qeyd edək ki, “AI for Engineers” proqramı “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da qlobal İKT sənayesinin liderləri ilə təlim düşərgələrinin təşkilini nəzərdə tutan tədbirin icrası çərçivəsində həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri