Icma.az
close
up
RU
600 minlik dələduzluq edəndən XƏBƏR VAR

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bakıda dələduzluqda təqsirləndirilən Anar Əhmədovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
 

İttihama görə, Anar Əhmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq edib, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik edib.


Belə ki, o, 2020-ci ildə tanışlarına söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək, SOCAR-ın tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən “Bahar Enerji” şirkətinə, o cümlədən digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə SOCAR-da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan deyib.
Anar Əhmədov bu yolla zərərçəkmişlərdən ümumilikdə 593 963 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonra Baş Prokurorunun müavini apellyasiya protesti verib. Protest təmin olunub, iş üzrə Anar Əhmədovun Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib.
 

Ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri xaric edilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci və 66.3-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric olunub.


Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Anar Əhmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkmişlərdən bir neçəsi apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri