Icma.az
close
up
RU
606 bal topladı, region universitetini seçdi: Qərarımdan çox razıyam

606 bal topladı, region universitetini seçdi: Qərarımdan çox razıyam

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəbul imtahanında yüksək bal toplasalar da, region universitetlərini seçən abituriyentlərin sayı heç də az deyil.

606,2 bal toplayaraq Gəncə Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olmuş 1-ci kurs tələbəsi Nuray Xəlilzadə bu universiteti seçməsinin səbəbləri, tələbə həyatı və gündəlik təcrübələri haqqında maraqlı danışıb. Nuray Xəlilzadə Goranboy Rayonunun Düzqışlaq kəndində anadan olub və orta məktəb illərindən bu günədək dərslərə doğma kəndindən davam edən tələbədir.

Qaynarinfo AzEdu.az-a istinadən onun müsahibəsini təqdim edir.

- Bu ixtisası seçməyində hansı amillər rol oynayıb?

- Anam müəllimədir və o, mənim gözümü açıb gördüyüm ilk müəllim olub. Bu, mənim ingilis dili müəllimliyi ixtisasını seçməyimə xüsusi təkan verdi. Həm universitetin dərs metodikası, həm də ailəmə yaxın olmaq istəyim bu seçimi dəstəklədi.

- Topladığın balı ilk olaraq kimlə bölüşdün? Yüksək bal toplayacağını gözləyirdinmi?

- Evdə bütün ailə bir yerdə idik. Nəticələri öyrənəndə tez baxdım və sevincimi ailəmlə paylaşdım. Bəli, yüksək bal toplamağı gözləyirdim.

- Universitetdə dərs prosesi necə keçir və qrup yoldaşlarına adaptasiya oldunmu?

- Universitet həyatı və dərs prosesi xəyal etdiyimdən də gözəl keçir. Qrup yoldaşlarıma tez adaptasiya oldum.

- Sosial şəbəkələrdən istifadə edirsənmi?

- Orta məktəb dövründə heç bir sosial şəbəkədən istifadə etmirdim. İndi isə boş vaxtlarımda saytlara daxil olub məlumatlar əldə edirəm.

- Bəs sinif yoldaşlarınla əlaqəni necə saxlayırsan?

- Həm Vatsapla əlaqə saxlayırıq, həm də tez-tez görüşürük.

- Hobbilərin nələrdir?

- Piano çalmağı və kitab oxumağı çox sevirəm.

- Gələcək planların nələrdir?

- Bakalavrı bitirdikdən sonra magistratura təhsili almağı düşünürəm. Həmçinin növbəti illərdə könüllülük fəaliyyəti ilə də məşğul olmaq niyyətindəyəm.

- Universitet seçimin barədə razısan?

- Bəli, qərarımdan çox razıyam. Universitet həyatı gözəl keçir və dərslərimdə məsuliyyətlə çalışıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri