Icma.az
close
up
RU
5 qat RFO qalibi Qarabağ Universitetini seçdi

5 qat RFO qalibi Qarabağ Universitetini seçdi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Respublika və beynəlxalq olimpiadalarda qazandığı uğurlarla fərqlənən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin XI sinif şagirdi Yaqub Baratlı ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarı verib.

Bakıvaxtı.az xəbər verir ki, Yaqub Baratlı son beş il ərzində kimya fənni üzrə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm nailiyyətlər əldə edib. O, 2022-ci ildə Respublika fənn müsabiqəsində gümüş, 2023-cü ildə Respublika fənn olimpiadasında bürünc, 2024, 2025 və 2026-cı illərdə isə Respublika fənn olimpiadalarında ardıcıl olaraq qızıl medallara layiq görülüb.

Gənc olimpiadaçı beynəlxalq yarışlarda da Azərbaycanı uğurla təmsil edib. O, 2024-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO) bürünc, 2026-cı ildə Rusiyanın Moskva şəhərində təşkil olunan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO) bürünc, eləcə də Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş medal qazanıb.

Qazandığı uğurlardan sonra ali təhsil seçimini Qarabağ Universitetindən edən Yaqub Baratlı bu ali təhsil müəssisəsində kimya sahəsində bilik və bacarıqlarını daha da inkişaf etdirməyi hədəfləyir.

Son illər Qarabağ Universiteti yüksək akademik göstəriciləri ilə seçilən abituriyentlərin üstünlük verdiyi ali təhsil müəssisələrindən birinə çevrilib. Universitetdə yaradılan müasir tədris infrastrukturu, güclü professor-müəllim heyəti, elmi-tədqiqat mühiti və tələbələr üçün təqdim olunan inkişaf imkanları istedadlı gənclərin seçimində mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 İyul 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri