6,1 bal gücündə zəlzələ baş verdi
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndoneziyanın Sulavesi adasının şimalında 6,1 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 06.55-də adanın şimalında 10 kilometr dərinlikdə zəlzələ baş verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələ ilə bağlı nəhəng dalğa xəbərdarlığı etməyib.
Zəlzələdən sonra verilən ilk təsbitlərə görə, ölkə mətbuatında ölən və ya yaralananlarla bağlı məlumat paylaşılmayıb. Bölgədə artçı təkanların davam etdiyi bildirilib.
130 aktiv vulkanı olan İndoneziya Sakit Okeanın Atəş Halqasında yerləşir və dünyanın seysmik cəhətdən ən aktiv ölkələri sırasındadır.
Günel Məlikzadə
Baxış sayı:145
Bu xəbər 26 Fevral 2025 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















