Icma.az
close
up
RU
65 dollardan hesablanıb, indi 142 dollardır KONKRET

65 dollardan hesablanıb, indi 142 dollardır KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“2026-cı ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 65 dollar götürülüb. Yanvar-fevral aylarında orta qiymət təxminən 65 dollar ətrafında dəyişib. Yəni büdcədəki qiymətlə dünya bazarındakı qiymət oxşar olub. Bu baxımdan, neftin dünya bazarındakı qiymət artımı nəticə etibarı ilə, Azərbaycanın həm dövlət gəlirlərinə, həm də valyuta ehtiyatlarına birbaşa təsir göstərir”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, Hörmüz boğazındakı faktiki vəziyyətlə bağlı dünya bazarında neft qiymətinin intensiv artımı büdcə daxilolmalarına ciddi təsir göstərir:

“Neftin mart ayı üzrə dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutulan orta qiymətdən daha yüksək olub. Azərbaycan dövlət büdcəsinin 2026-cı il üzrə gəlirlərinin 43 faizi neft sektorunun payına düşəcək. Neftin dünya bazarındakı qiyməti illik orta qiymətdən yüksək olacağı halda, neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq”.

Deputat söyləyib ki, dövlət büdcəsinə dəyişikliyin edilməsi birbaşa hökumətin qiymətləndirmələrindən asılı olan məsələdir:

“Eyni zamanda, 1 aylıq yekuna deyil, daha uzunmüddətli yekuna əsasən qərarın verilməsi mümkün ola bilər. Amma sözsüz ki, hökumət tərəfindən belə bir layihə təqdim olunarsa, biz də büdcəyə dəyişiklik zamanı yeni xərclərlə bağlı öz təkliflərimizi təqdim etmək niyyətindəyik. Bu, hökumətdəki qiymətləndirmələrdən asılı olan məsələdir”.

Qeyd edək ki, builki dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Hazırda isə dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmağa davam edir. Aprelin 2-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 10,89 ABŞ dolları və ya 8,3% artaraq 141,68 ABŞ dolları olub. “Azeri Light” (CIF) markalı neftinin əvvəlki qiyməti 130,79 ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri