650 il əvvəl batan gəminin qalıqları tapıldı
Icma.az bildirir, Lent az portalına istinadən.
Sinqapur sahilləri yaxınlığında arxeoloqlar təxminən 650 il əvvəl Çindən Temasek limanına gedərkən batmış yük gəmisinin qalıqlarını aşkar ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, qazıntılara dörd il ərzində gəmi qəzası yerini araşdıran arxeoloq Mixael Fleker rəhbərlik edib. Tapıntılar arasında Monqol imperiyası dövründəki Yuan sülaləsinə aid XIV əsrə məxsus təxminən 136 kiloqram farfor məmulatları var.
Əşyaların böyük hissəsi zədələnmiş olsa da, tədqiqatçılar demək olar ki, bir neçə bütöv qalmış nümunəni də aşkar edə biliblər.
Xüsusilə qorunub qalan əşyaların üzərindəki təsvirlər diqqət çəkir: farfor nümunələrindən birində dördayaqlı əjdaha, digərində xrizantemlər arasında feniks təsvir olunub. Daha bir əşyanın qalıqları isə lotuslar arasında üzən mandarin ördəklərinin təsvirini formalaşdırır.
Bu tapıntı XIV əsrdə Çin ilə Cənub-Şərqi Asiya arasında mövcud olan ticarət yolları və mədəni əlaqələr haqqında yeni məlumatlar əldə etməyə imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Mart 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















