83 yaşlı məşhur müğənniyə qarşı cinsi qısnama iddiası
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın Milli Məhkəmə Kollegiyası müğənni Xulio İqlesiasa qarşı qaldırılmış iddia ərizəsini icraata götürməyə razılıq verib. Şikayət sənədi sənətçini təqibdə günahlandıran iki sabiq qadın işçisi tərəfindən təqdim edilib.
"Bakupost" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq orqanının rəsmi məlumatında bildirilir.
Qurumun yaydığı məlumata əsasən, məhkəmə müraciəti çərçivəsində ifaçı həmçinin bədən xəsarətləri yetirməkdə və ləyaqəti alçaldan rəftarda ittiham olunur.
Yanvarın 13-də "elDiario" nəşrinin yaydığı xəbərə görə, iki qadın İqlesiasın malikanələrində çalışarkən onun tərəfindən cinsi qısnamaya və zorakılığa məruz qaldıqlarını iddia ediblər. Hadisələrin 2021-ci ildə müğənninin Dominikan Respublikası və Baham adalarındakı evlərində baş verdiyi ehtimal olunur. Şikayətçilərdən biri xadimə, digəri isə fizioterapevt olaraq fəaliyyət göstərib. Sənətçi isə öz növbəsində bu ittihamların yalan olduğunu bildirərək onları təkzib edib.
Qeyd edək ki, 83 yaşlı Xulio İqlesias ispandilli musiqi dünyasının ən çox gəlir gətirən və tanınmış ifaçılarından biri hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 18 Noyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















