Icma.az
close
up
RU
657 min manat ayrılan şirkət rəhbəri: Tarixi filmlər çəkmək təcrübəmiz yoxdur

657 min manat ayrılan şirkət rəhbəri: Tarixi filmlər çəkmək təcrübəmiz yoxdur

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda bir mənbədən satınalma metodu şəxslərə və ada görə tətbiq edilir, pul ayrılırmış. Bunu biz demirik, məşhur aktyorumuz Azər Aydəmir deyir. Onun sözlərinə görə, keçmiş xarici işlər naziri Həsən Həsənovun oğlu tarixçi Zaur Həsənovun ssenari müəllifi olduğu filmə 657 min manatı Azər Aydəmirə görə ayırıblar.

Reyting.az xəbər verir ki, o, Ajans.az-a açıqlamasında bildirib ki, burada söhbət 657 min manat ayrılan şirkətin seçilməsindən getmir, burada söhbət Azər Aydəmirin adından gedir.

Kino Agentliyi Azər Aydəmirin “Aydəmir Entertainment” şirkəti ilə 657 min manat dəyərində müqavilə imzalayıb. Müqaviləyə görə, sözügedən şirkət “Çar skiflər: Aşquz dövləti” tammetrajlı bədii-sənədli filmini çəkəcək. “Aydəmir Entertainment” isə 2024-cü ilin dekabrında qeydiyyata alınıb.

Məsələ ilə bağlı Azər Aydəmirin cavablarını təqdim edirik:

- Niyə “Aydəmir Entertainment” seçilib?

- Kino Agentliyi “Aydəmir Entertainment”i seçməyib, biz Kino Agentliyini seçmişik. Çünki “Skiflər-Aşquz dövləti” əsərinin ssenari müəllifi keçmiş XİN naziri Həsən Həsənovun oğlu, tarixçi Zaur Həsənovdur. Bu əsərin ssenarisi əsasında biz Kino Agentliyinə təklif etmişik ki, bu filmi çəkək. Təklifi keçən ildən irəli sürmüşük. Uzun danışıqlardan sonra agentlik bizə filmi çəkmək icazəsini verib. Həmçinin, müəyyən məbləğdə vəsait də ayırıb.

- Niyə bu mövzuda müsabiqə elan edilməyib?

- Çünki Kino Agentliyinin bu mövzuda müsabiqə elan etmək fikri olmayıb. Təklifi ilk biz etmişik. Əgər ilk təklifi production edirsə və onun təklifi ideoloji baxımdan bizim hazırki film fondumuza uyğun gəlirsə, məqbul hesab edilir. Bir mənbə üsulu və satınalma ilə qanunvericiliyə uyğun şirkətin araşdırmaları qəbul olunur. 7-8 ay ssenari üzrə işləməklə bərabər danışıqlardan sonra biz özümüzü sübut etdik. Texniki baza və hüquqi baxımdan “ Aydəmir Entertainment” özünü isbat etdi. Beləliklə də, istədiyimizə nail olduq.

-  "Aydəmir Entertainment” şirkətinin tarixi film çəkmək mövzusunda təcrübələri olub?

- Bizim şirkətin tarixi filmlər çəkmək baxımından təcrübəsi yoxdur. Bu, ölkədə yeni bir tendensiyadır. Ölkə ərazisində tarixi film çəkən şirkətlər azdır, üstəlik onlar da bu sahədə ilk dəfə təcrübə qazanırlar. Bizdə istisna sayılmırıq.

Burada Kino Agentliyinin bizim şirkəti seçməsi deyil, Azər Aydəmirin adı ön plandadır. Azər Aydəmir bu cür tarixi filmi çox maraqlı, baxımlı və darıxdırıcı etməyən bir şəxsdir. Mən 15-16 ildir bu sahədə təcrübəyə malikəm. Tərtibatçı, prodüsser, ssenari müəllifi kimi vəzifələri icra etmişəm. Bu illər ərzində Azər Aydəmir mikrosahibkar kimi, fiziki şəxs kimi VÖEN-lə fəaliyyət göstərirdi. 2024-cü ildən isə, hüquqi şəxs kimi 18% ƏDV ödəyicisi kimi çalışır. Son olaraq, deyirəm ki, burada “Aydəmir Entertainment”in gördüyü işlər deyil, Azər Aydəmirin məsuliyyətindən söhbət gedir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Fevral 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri