Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi KONKRET

67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı, soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli görüntülərdən istifadə edərək onu rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və müxtəlif vaxtlarda pul vəsaiti alıb.

Cinayət işi materiallarında göstərilir ki, hadisələrin əsası 2025-ci ilin mart ayında qoyulub.

Belə ki, 1989-cu il təvəllüdlü Zəminə Əsədova və Rəmzi Səfərov Bakı şəhərinin Nəsimi rayonunda yerləşən kirayə mənzildə görüşüblər. Tərəflər həmin mənzildə qarşılıqlı razılıq əsasında bir araya gəliblər.

Təqsirləndirilən şəxs görüş zamanı kişinin onunla seksual xarakterli hərəkətlər etməsini əks etdirən görüntüləri gizli şəkildə çəkib. Həmin görüntülər sonradan Rəmzi Səfərova qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Bir müddət sonra qadın kişi ilə telefon əlaqəsi saxlayaraq ondan pul tələb etməyə başlayıb.

O, Rəmzi Səfərova həmin görüntüləri ailə üzvlərinə və digər şəxslərə göndərəcəyini, həmçinin onun barəsində rüsvayedici məlumatlar yayacağını bildirib. Zəminə bu məqsədlə kişidən 1 000 manat məbləğində pul tələb edib. Kişi əvvəlcə bu tələbə razı olmayıb və pul verməkdən imtina edib. Bundan sonra təqsirləndirilən şəxs çəkdiyi görüntülərdən birini “WhatsApp” tətbiqi vasitəsilə ona göndərib. Görüntünü göndərdikdən sonra Zəminə yenidən pul tələb edib və vəsait ödənilməyəcəyi təqdirdə həmin materialların yaxınlarına və digər şəxslərə göndəriləcəyini söyləyib.

Rəmzi Səfərov təhdidlərin təsiri altında müxtəlif vaxtlarda ümumilikdə 1 000 manat pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan bank kartlarına köçürüb. Köçürmələr 2025-ci ilin mart ayından aprel ayınadək olan müddətdə həyata keçirilib.

Bununla da, istintaqın qənaətinə görə, Zəminə hədə-qorxu yolu ilə 1 000 manat pul vəsaitini ələ keçirib.

Araşdırmalar zamanı məlum olub ki, bununla kifayətlənməyən təqsirləndirilən şəxs sonradan eyni üsulla yenidən pul tələb edib.

İttihama görə, 2025-ci ilin aprel ayında o, yenidən Rəmzi Səfərovla əlaqə saxlayıb. Həmin vaxt kişi Bakı şəhərinin Xəzər rayonu ərazisində, hava limanında olub. Zəminə telefon danışığı zamanı yenidən rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək daha 1 000 manat tələb edib.

Rəmzi Səfərov bu dəfə də təzyiqlərdən sonra tələb olunan məbləği təqsirləndirilən şəxsin istifadəsində olan bank kartına köçürüb.

Beləliklə, istintaqın qənaətinə görə, təqsirləndirilən şəxs Rəmzi Səfərovdan ümumilikdə 2 000 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə əldə edib.

Toplanmış sübutlar, bank köçürmələrinə dair məlumatlar, telefon danışıqları, elektron yazışmalar və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Zəminə Əsədova özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə o, 4 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri