Icma.az
close
up
RU
“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr edilmiş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.

Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşanın səhnə tərtibatı və geyim dizaynı da onun tərəfindən hazırlanıb. Layihə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.

Ərəb dilində “yaddaş” və “xatırlama” mənalarını verən “Zikra” bir gecəlik ritual kimi düşünülüb. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.

Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Musiqi 40-dan çox beynəlxalq ifaçının iştirakı ilə hazırlanıb. Buraya Əl-Ula şəhərinin yerli musiqiçilərinin ifalarının audioyazıları da daxildir. Layihə Əl-Ulanın incəsənət və dizayn mərkəzi olan “Madrasat Addeera”, Əl-Ula Musiqi Mərkəzi və yerli icmanın üzvləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

“Akram Khan Company”nin bədii rəhbəri və həmtəsisçisi Əkrəm Xan bildirib: “Zikra: xatirələr gecəsi” yaddaş, nələri gələcəyə daşımağı seçdiyimiz və nələri geridə qoymalı olduğumuz barədə şəxsi və mənəvi düşüncələri əks etdirən bir əsərdir. Mənal Əl-Dovayan ilə əməkdaşlıq etmək və Əl-Ulanın təbii mənzərələri fonunda “Zikra”nı yaratmaq mənə incəsənətin müxtəlif mədəniyyətləri, coğrafiyaları və nəsilləri birləşdirmək gücünü bir daha xatırlatdı. Bu əsər şirkətin hazırkı yaradıcılıq mərhələsi üçün mənalı bir yekun təsiri bağışlayır. O, son 25 ildə bizi formalaşdıran hekayələrin, ideyaların və əlaqələrin bir növ bayramıdır”

Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.

“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.

Mənal Əl-Dovayan deyib: “Zikra: xatirələr gecəsi” yaddaşın gücü, qadınların hekayələri və icmanın birliyi haqqındadır. Bu layihə mənim üçün şəxsi baxımdan da mühüm mərhələdir. Çünki ilk dəfədir ki, həm geyim, həm də səhnə tərtibatı üzərində çalışıram. Eyni zamanda, dostum və böyük yaradıcılıq potensialına malik Əkrəm Xanla ilk əməkdaşlığımdır. Bu unikal fürsət mənə ifaçılıq sənətini öz yaradıcılıq fəaliyyətimə daxil etmək, səhnə performansını, səsi, geyim dizaynını və yerli sənətkarlığı bir araya gətirərək, keçmişə ehtiram göstərmək və gələcəyə ilham vermək imkanı yaradıb”.

Əsər Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında Əl-Ulanın qədim vahəsində, səhranın qayalı kanyonları fonunda, açıq səma altında nümayiş etdirilib. Bu təqdimat “AlUla Arts Festival 2025” çərçivəsində baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri