Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

7 aylıq qeyri neft ixracı 2 milyard dollar

7 aylıq qeyri neft ixracı 2 milyard dollar

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu, ilin əvvəlindən xarici bazara çıxışın 11,4 faiz artması deməkdir

Son illər qeyri – neft sektorunun inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmənin inkişafı sürətlənib, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb.

Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın avqust sayına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri- neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9 faiz çoxalaraq 689 milyon dollara çatıb.

Hesabat dövründə ixraca yönəldilən şəkər 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 milyon dollar və ya 55 faiz, meyvə- tərəvəz 123 milyon dollar və ya 32 faiz, kimya sənayesi məhsulları 45 milyon dollar və ya 30 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8 milyon dollar və ya 19 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18 faiz, çay 317 min dollar və ya 9 faiz artıb.

Cari ilin 7 ayında aqrar məhsulların ixracı 28 faiz artaraq 551 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7 faiz artaraq 179 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22 faiz artaraq 730 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon dollar) ikinci, pambıq lifi (108,1 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (48,5 milyon dolları) birinci olub. Bu siyahıda qızıl (33,9 milyon dollar) ikinci, daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (13,8 milyon dollar) isə üçüncü yerə yüksəlib.

Hesabat dövründə Rusiya Federasiyasına 716,6 milyon dollar, Türkiyəyə 339,7 milyon dollar, İsveçrəyə 186,6 milyon dollar, Gürcüstana 183,4 milyon dollar, Ukraynaya isə 109,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Təkcə bu ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon dollar, Türkiyəyə 52,5 milyon dollar, İsveçrəyə 34,3 milyon dollar, Gürcüstana 28,7 milyon dollar, Ukraynaya isə 14,1 milyon dollar dəyərində qeyri- neft sektoruna aid məhsul göndərilib.

Bildirilib ki, 2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri – dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “PRIME COTTON” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin ölkəmizdəki nümayəndəliyi, “Export Stream”, “Baku Steel Company”, “UYTROP” “P-AQRO”, “Sahdag SY”, “Avrora”, “HOPER”, eləcə də “Azərbaycan Şəkər İstehsalat Birliyi” təmsil olunub.

Qeyd edilib ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 10 milyon dollar dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir isə onun ümumi gəlirlərinin 66 faizinə yüksəlib. 2025-ci ilin iyul ayında isə “Azərkosmos” un dünyanın 35 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixracı olub. Hesabat dövründə peyk-telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon dollar ilə Birləşmiş Krallıq, 2,1 milyon dollar ilə Lüksemburq, 498,9 min dollar ilə Nigeriya, 461 min dollar ilə Türkiyə, 417,5 min dollar ilə Misir qərarlaşıb.

Belə göstəricilərin əldə olunmasında təbii ki, yazının əvvəlində sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə güclənib, ixrac mallarının çeşidi artıb. Bu, ölkəmizə Aİ bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir layihənin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib. Bütün bunlarla bərabər, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların salınması da sürətləndirib.

Yuxarıda qeyd edilənlərlə bərabər, ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verib. Bu gün yerli istehsalatda istifadə olunan çoxsaylı məhsulların idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see274

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see265

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see255

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see249

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see247

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see243

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see234

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see233

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see231

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see224

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see224

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see224

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see216

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see215

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see208

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see205

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see197

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see183

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri