7 körpənin öldüyü mərkəzin baş direktoruna hökm oxundu
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.
Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva son söz deyib.
O, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını qeyd edib.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən Mehriban Abasquliyeva 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. (APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















