Icma.az
close
up
RU
7 körpənin öldüyü yanğın işi Hökm təxirə salınır?

7 körpənin öldüyü yanğın işi Hökm təxirə salınır?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları yekun mərhələyə çatıb. Lakin hökm ərəfəsində prosesdə gözlənilməz hadisə baş verib.
Demokrat.az
Musavat.com-a istinadən xəbər verir ki, ötən gün, iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə son söz üçün hazırlaşmaq məqsədilə bir saatlıq fasilə elan olunub. Fasilədən sonra Respublika Perinatal Mərkəzinin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalına qayıtmayıb. Onun vəkili Əlövsət Abbasov məhkəməyə bildirib ki, müvəkkilinin səhhəti qəfil pisləşib və o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Müdafiə tərəfi baş verənlərin gözlənilməz olduğunu vurğulayaraq vəziyyətin nəzərə alınmasını xahiş edib. Hakim Leyla Əsgərova-Məmmədova isə təqdim edilən məlumatların yoxlanılmasının vacibliyini qeyd edib və Abasquliyevanın həqiqətən xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyinin, eləcə də səhhətinin prosesdə iştirakına mane olub-olmadığının araşdırılması barədə qərar qəbul edib. Bu məqsədlə həm Səhiyyə Nazirliyinə, həm də təqsirləndirilən şəxsin yerləşdirildiyi bildirilən tibb müəssisəsinə rəsmi sorğular göndəriləcək. Hakim proses zamanı müdafiə tərəfinə ciddi xəbərdarlıq da edib.
Bildirilib ki, sonradan təqsirləndirilən şəxsin məhkəmə iclasından qəsdən yayındığı müəyyən olunarsa, onun barəsində seçilmiş qətimkan tədbirinə yenidən baxılması məsələsi gündəmə gətirilə bilər. Hakim bu xəbərdarlığın Mehriban Abasquliyevaya çatdırılmasını vəkildən tələb edib. Qeyd edək ki, iş üzrə məhkəmə araşdırması artıq başa çatıb və proses son söz mərhələsinə keçib. Son sözlərdən sonra məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına yollanacaq. Bundan əvvəl keçirilən iclaslarda Mehriban Abasquliyevanın müdafiəçisi məhkəmə istintaqının yenilənməsi, əlavə ekspertizaların təyin edilməsi və ekspertlərin dindirilməsi barədə vəsatətlər qaldırsa da, məhkəmə həmin vəsatətləri təmin etməyib. Dövlət ittihamçısı isə sabiq direktorun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror həmçinin təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını məhkəmədən xahiş edib.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. İstintaqın versiyasına görə, hadisə intensiv terapiya şöbəsinin yerləşdiyi dördüncü mərtəbədə baş verib və müəssisəyə 361 min manatdan artıq maddi ziyan dəyib.
İttihama əsasən, Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra müəssisənin texniki imkanları nəzərə alınmadan xəstə qəbulunun artırılması elektrik şəbəkəsinə düşən yükü yüksəldib və nəticədə yanğın riskini artırıb. Müdafiə tərəfi isə bu ittihamları qəbul etmir. Məhkəmə prosesi bu günə təyin olunub. İlk olaraq Mehriban Abasquliyevanın səhhəti ilə bağlı daxil olacaq məlumatlar araşdırılacaq, daha sonra isə son söz mərhələsinin davam etdirilib-etdirilməməsinə qərar veriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri