Icma.az
close
up
RU
7 ölkədən Bakı qərarı: Liderlər hərəkətə keçdi, körpü missiyası işə düşür

7 ölkədən Bakı qərarı: Liderlər hərəkətə keçdi, körpü missiyası işə düşür

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya liderlərinin bir-birinin ardınca Azərbaycana səfəri ölkəmizin regional roluna və artan nüfuzuna bir daha diqqət çəkir. Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın səfəri bir çox detalla yadda qaldı.

Həmçinin may ayının 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun da Bakıya gələcəyi bildirilir. Maraqlıdır ki, eyni ayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir, lakin onun dəqiq tarixi açıqlanmayıb.

Mayın 9-da isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya yola düşəcəyi, Faşizm üzərində Qələbə Gününün 80 illik yubileyinin qeyd edilməsi məqsədilə Qızıl Meydanda keçiriləcək hərbi parada qatılacağı açıqlanıb. Ekspertlərin fikrincə, artan geosiyasi müzakirələr və nəzərdə tutulan regional iqtisadi layihələrin həyata keçirilməsi planı fonunda Rusiya Prezidenti Vladimir Putinin yaxın aylarda ölkəmizə səfəri mümkündür.

Əliyev Moskvaya səfər çərçivəsində Putini Azərbaycana dəvət edə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Azərbaycan istər regional, istərsə də qlobal siyasi arenada mühüm aktora çevrilib:

“O da aydındır ki, bu uğurlar Azərbaycanın diplomatik fəaliyyətinin nəticəsidir. Bilirsiniz ki, Bakı ilə Tehran arasında bir müddət münasibətlərdə gərginlik yaşanırdı. Lakin Azərbaycan uğurlu və məqsədyönlü diplomatiya sayəsində bu münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə nail oldu. Təbii ki, münasibətlərin müsbət yöndə inkişafı həm Azərbaycanın, həm də İranın maraqlarına uyğundur.

Diqqətçəkən digər məqam isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfərləri ilə bağlıdır. Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı sıx dostluq əlaqələri və siyasi iradə nəticəsində iki ölkə arasında münasibətlər tarixdə görünməmiş səviyyəyə yüksəlib”.


Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu bildirib ki, digər tərəfdən, Azərbaycan-İran münasibətləri də hazırda müsbət istiqamətdə inkişaf edir:

“Eyni zamanda Azərbaycanın İsraillə də yaxın və fəal əlaqələri mövcuddur. Bu siyahıya Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Çin və digər ölkələri də əlavə etmək olar – baxmayaraq ki, adı çəkilən ölkələr arasında münasibətlər çox zaman gərgin xarakter daşıyır. Məsələn, Rusiya-Ukrayna, ABŞ-Ukrayna, ABŞ-Britaniya, Rusiya-Britaniya, ABŞ-Çin münasibətləri bu gün ciddi ziddiyyətlər fonunda davam edir.

İran və İsrail düşmən münasibətindədir. Ankara ilə Təl-Əviv arasında isə son zamanlar gərginlik yaşanır və bu, qarşıdurma riski yaradır. Eyni zamanda, Türkiyə ilə İran arasında da münasibətlər soyuqdur və xüsusilə Yaxın Şərq mövzusunda ciddi fikir ayrılıqları var. Bütün bu çətin geosiyasi mənzərəyə baxmayaraq, Azərbaycanın üç ölkə – İran, İsrail və Türkiyə ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. İran prezidentindən sonra Türkiyə və İsrail liderlərinin də Bakıya səfərləri gözlənilir. Bu isə Azərbaycanın güclü və balanslı diplomatiyasının göstəricisidir.”

Siyasi şərhçi əlavə edib ki, diplomatik güc ölkənin strateji mövqelərinin möhkəmlənməsində əsas faktordur:

“Azərbaycan kiçik bir ölkə olsa da, uğurlu xarici siyasəti nəticəsində beynəlxalq  səviyyədə əhəmiyyətli aktora çevrilib. Qlobal problemlərin həllində körpü rolunu oynamaq potensialına malikdir. Bu da Azərbaycanın beynəlxalq miqyasda etibarlı dost və strateji tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır. Hazırda dünyanın məhz bu cür vasitəçilərə ehtiyacı var.”

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri