Icma.az
close
up
RU
Trampın NATO təhdidində fiasko: Liderlər hərəkətə keçdi Türkiyə detalı

Trampın NATO təhdidində fiasko: Liderlər hərəkətə keçdi Türkiyə detalı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın NATO-dakı müttəfiqlərinin İranla müharibədə Vaşinqtona dəstək verməmələrinə görə qəzəbi Alyans üzvlərinin ona qarşı birləşməsinə səbəb olub.

Brüssel və digər şəhərlərdə keçirilən qeyri-rəsmi görüşlərdə, şam yeməklərində və kulislərdə Avropa liderləri və hökumət rəsmiləri Trampın NATO-dan çıxmaq təhdidlərinə necə reaksiya verəcəklərini və bu təhdidlər reallaşarsa, necə yol izləyəcəklərini müzakirə edirlər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Vaşinqtonun Alyansdan çıxması məsələsi ciddi müzakirə olunur:

“Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. O, bunu Alyansın zəifləməsi ilə əlaqələndirib.

Doğrudur, Alyans son zamanlar nüfuzunu itirib. İttifaq dünyada baş verən fərqli hadisələrə, həmçinin davam edən müharibələrə adekvat münasibət sərgiləyə bilmir. Üstəlik, üvz dövlətlər arasında müxtəlif gərginliklərə dair ziddiyyətlər NATO-nun parçalanmasına şərait yaradır.

ABŞ-da Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra çox ciddi qlobal proseslər müşahidə olundu: Vaşinqtonun Ukraynaya dəstəyi azaldı, Avropa ilə gərginlik yarandı, kollektiv Qərb faktiki parçalandı və İranla müharibə başlandı. Bu gün ABŞ-ın bir çox addımı nə Avropa müttəfiqlərinin, nə də Türkiyənin ürəyincədir.


Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, ABŞ Alyansın ən güclü və aparıcı üzvüdür:

“Yəni təşkilat və rəsmi Vaşinqton bir-birilərinə qarşılıqlı olaraq töhfə verirlər.

Trampın ölkəsini Alyansdan çıxarmaq barədə fikirləri hər şeydən əvvəl onu göstərir ki, o, müttəfiqlərlə ziddiyyətləri başa düşür. Tramp anlayır ki, ABŞ təşkilatdan çıxarsa, daha müstəqil və inamlı hərəkət edə bilər. Bu, həm də Vaşinqtonun özünə arxayın olmasının göstəricisidir.

Təbii ki, ABŞ-ın Alyansdan çıxması kifayət qədər ciddi və riskli addımdır. Bu, beynəlxalq təhlükəsizlik arxitekturasına, habelə qlobal güc balansına ciddi təsir edə bilər. Bir sözlə, ideyanın Ağ Ev daxilində ciddi müzakirələrə səbəb olması anlaşılandır.

Yəqin ki, Tramp ən azından yaxın gələcəkdə müvafiq qərarı verməyəcək. Bu, onun onsuz da azalan reytinqinə bir az da mənfi təsir göstərə bilər. Əlbəttə, mümkün təzyiq və qınaqlar Trampı çəkindirir, buna görə də tələsməyəcək. Tədricən ABŞ-ın NATO-nun işlərində passiv iştirak etməsi mümkündür. Lakin o, ölkəsini Alyansdan çıxarmadan əvvəl komandasının və xalqın dəstəyini qazanmalı, həmçinin müttəfiqlərin “nəbzini yoxlamalı”, mümkün riskləri nəzərə almalıdır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri