Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

70 ə yetişdi nəğməkar şair

70 ə yetişdi nəğməkar şair

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaxtilə Azərbaycan televiziyasında birlikdə çalışdığım Yusif Nəğməkarın 70 illik yubileyi ilə bağlı dəvətnamə alanda təəccübləndim ki, gənclik ruhunu, cavanlıq tövrünü, həyat eşqini qoruyub saxlayan şair bu zirvəyə nə tez yetişdi? Amma onu da düşündüm ki, “Gənclik” baş redaksiyasında işlədiyi dövrdən saf ürəkli qələm sahibi kimi tanıdığım Yusifin yaşının bu həddə çatmasının özü bir İlahi lütfüdür.   
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda onun yubileyi münasibətilə çapdan çıxmış “Çağdaş poeziyamızın Nəğməkarı” adlı toplunun təqdimatı maraqlı keçdi. Məclisi açan akademik Nizami Cəfərov geniş təqdimata ehtiyacı olmayan şairin ömrü boyu hissiyyat dalğalarında üzməyə meyilli olmaqla bərabər, yetkin bir əqli düşüncə sahibi olduğunu əsaslandırdı. Yeni toplunu onun özünün özünə mükafatı sayaraq dedi ki, bu kitab, əslində, Azərbaycan ədəbiyyatı tarixinin böyük bir səhifəsidir. Ədəbi əsrin son onilliklərinin impulsu burda vurur. Çünki Yusif Nəğməkarın haqqında yazmış görkəmli qələm sahibləri pleyadası – Mirzə İbrahimov, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Vaqif Yusifli, Ramiz Rövşən və başqaları onun çoxşaxəli yaradıcılığını dəyərləndirməklə bərabər, həm də zamanın poetik mənzərəsini canlandırıblar.
AYB-nin katibi Elçin Hüseynbəyli yaradıcılıq təşkilatı adından yubilyara təbriklərini çatdırdı və qurumun sədri, Xalq yazıçısı Anarın imzaladığı diplomu ona təqdim etdi. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, söz dahisi Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli şairə ən xoş sözlərini ünvanladı.
Ədəbiyyatşünas alim Əsəd Cahangir çıxışını konkret faktlar üzərində quraraq bildirdi ki, Beyləqan rayonunun Birinci Aşıqlı kəndində dünyaya göz açan, gözəl şeirləri könülləri oxşayan şair Yusif Nəğməkarın sözü, səsi-avazı, barmaqlarının sehri ilə dilləndirdiyi sazı onun yaradıcılığını həm klassik ədəbiyyatla, həm də aşıq sənəti ilə bağrıbadaş edib. Elə çox sanballı epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması bu vəhdətin nə qədər ucada olduğunu göstərir. 
Təsadüfi deyil ki, neçə il əvvəl dillər əzbəri olan “Yanıq Kərəmi”yə oynama” şeiri də Yusif Nəğməkara məxsusdur:

Hicran köhləninin yatıb yalına,
Ziyadxan oğlunun ağla halına,
Oyna bu dünyanın qeylü-qalına,
“Yanıq Kərəmi”yə oynama, qardaş.

Mərasimin bu məqamında söz alan yubilyar şair “Ələsgər zirvəsi” poemasının Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlib. O, məhz klassik aşıq poeziyasının zirvəsi sayılan Dədə Ələsgərin “batini mənalar” üzərində qurulan möcüzəli yaradıcılığına vurğunluğu sayəsində hələ 4-cü sinifdə oxuyarkən ilk şeirini yazdığını xatırladı və “Ələsgərdir” rədifli şeirini səsləndirdi.
Təqdimat mərasimindəki digər çıxışlarda Yusif Nəğməkarın poeziyası hərtərəfli təhlil süzgəcindən keçirildi. Qeyd olundu ki, hələ 2015-ci ildə “Çanaqqala – Türkə qala” poemasına görə o, Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının keçirdiyi ədəbi müsabiqənin qalibi adını qazanıb və “İlin şairi” elan olunub. Bundan əlavə, şair Rəsul Rza, Şahmar Əkbərzadə və Mikayıl Müşfiq  adına ədəbi mükafatların qalibidir. Ötən il “Aşıq Ələsgər – 200” medalı ilə təltif edilib. Yusif Nəğməkarın “Vəslin edamı” poeması Birinci Qarabağ müharibəsinə həsr olunub. O, hazırda İkinci Qarabağ müharibəsində Zəfəri tərənnüm edən iri həcmli əsər üzərində çalışır.
Görüş iştirakçılarına ərməğan olunan “Çağdaş poeziyamızın Nəğməkarı” kitabına yubilyarın yazdığı “Ən ön ün”də belə fikirlər var: “Bu hesabat ayrı-ayrı müəlliflərin, ünlü ədəbiyyat adamlarının, media nümayəndələrinin, bütövlükdə, dəyərli ziyalılarımızın ayrı-ayrı vaxtlarda yaradıcılığım haqqında yürütdükləri fikir və mülahizələrin, araşdırma və təhlillərin əks-sədasıdır. Bir sözlə, obrazlı desək, kitabda məskunlaşmış irili-xırdalı bütün məqalələrin mətnləri qələm dostlarımın fəhmindəki məndən mənə yazdıqlarıdır”.
İnanırıq ki, Yusif Nəğməkar bundan sonra da məhsuldar yaradıcılığını eyni ruhla davam etdirəcək və biz də onun yeni-yeni təqdimatlarının şahidi olacağıq.

Əli NƏCƏFXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri