Icma.az
close
up
RU
70 yaşın astanasında 70 illik ömrün hesabatı....

70 yaşın astanasında 70 illik ömrün hesabatı....

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deyirlər, qələmini nəsr sahəsində sınayanlar özlərinə çay daşından, şer yazanlar isə mərmərdən abidə ucaldırlar. Amma bu gün meydan oxucu düşüncəsini əsir etmiş publisistikanındır.Artıq sınanılmış bir həqiqətdir ki, cəmiyyət həyatının mizan-tərəzisi pozulanda,qlobal dəyişmələr başlayanda publisistika həmişə ön mövqeyə keçir.

Ömrünün 50 ildən çoxunu qələmin müqəddəs vəzifəsinə xidmət edən, 50 il bir peşənin əsgəri olan  əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərov da publisistikası ilə hər zaman seçilən imzalardan olub. Maraqlı və keşməkeşli ömür yoluna, əmək fəaliyyətinə sahib olan  Hüseyn Əsgərov "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il),  "Aylı bir gecə" (2014-cü il), “Ad günü”, “Odla su arasında” (2014), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2019-ci il), “Mirzə Cəlilin satira desantları Naxçıvanda” (2019), ”Həyat cəsurları sevir” (2020) və bir çox kitabları  ilə geniş oxucu auiditoriyasına yaxşı tanışdır.  O,  milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatı ilə elmi ictimaiyyət arasında  tanınır.

 Həmkarımızın  “Bu da bir ömürdü...” kitabı isə 70 yaşın astanasında 70 illik ömrün hesabatıdır. Yeni nəşrin ön sözündə “Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin,əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan birləşmiş vaxt ölçüsüdür. Digər canlılardan fərqli olaraq insan həyatın sonsuz olmadığını dərk edir. Ona görə də mümkün olduqca ömrünü uzatmağa,əbədiyyətə qovuşmağa,özü haqqında xoş xatirələr qoymağa can atır. Və o zaman ki, arzulardan daha çox xatirələrdən danışır,deməli ahıl çağların mehi vurur üzünə. O zaman ömrünün ötən dövründə yaşadığı günləri, ay və illəri həyat salnaməsi kimi vərəqləyir”,-deyən yazar öz təbirincə desək, ahıl çağlarının mehindən xumarlanaraq yaşanmış illərin xoş anlarını,xatirələrini,yaradıcılıq uğurlarını yeni kitabında bir araya gətirib.

Azərbaycan MEA-nın Prezidenti İsa Həbibbəylinin kitaba yazdığı ön söz isə sanki jurnalist həmkarımızın fəaliyyətinin möhürüdür : “Mən Hüseyn Əsgərovu professional bir jurnalist kimi tanıyıram.Onun Azərbaycan mətbuatında öz imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb.”

Uzun illər Naxçıvan MR-nın mühüm dövlət strukturlarında çalışan, bu qurumlarda da sevdiyi peşəsinin ləyaqətli təmçilçisi olan Hüseyn Əsgərov hazırda  MR-nın Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır, yenə də öz peşəsinin sadiq əsgəri kimi fəaliyyət göstərir.

Öz təbirincə desək, ömür adlı qatarda yol qət edərək,həyat adlı kitabı vərəq-vərəq oxuyaraq ömür yolunun hər dayanacağında şərəfli imzasını qoymuş yazar bu il 70 yaşının müdrik zirvəsinə doğru yol almaqdadır. Yenə yazır, yaradır,yenə sadiq dostu olan qələmini bıraxmır, sarkazmlı, bəzən də yumor dolu fikirləriylə fərqli yazılara imza atır.

Biz də ömür qatarında aram-aram yoluna davam edən Hüseyn Əsgərovu təbrik edir və onun hələlik sonuncu olan kitabındakı diqqət çəkən bu fikri ilə yazımıza nöqtə qoymaq istəyirik : “70 yaşın astanasında həyatda gəldiyim qənaət belədir: Sevgidən bir dünya qurun! Bu, bizim öz əlimizdədir.Bir təbəssümlə ən qatı düşmənçiliyi də dostluğa çevrimək olar. Səmimiyyətin, saf niyyətin aşmadığı yoxuş, girmədiyi ürək yoxdur.Bəzən sevməyi öyrənməmiş nifrət etməyi öyrənirik. Çünkü sevmək çətin,nifrət etmək isə asandır, bir içim su kimi...Sevgi ilə dolub-daşmaq nə gözəldir. Qəlbində nifrətə yer qoymamaq nə gözəldir. Bağışlamaq isə hamısından gözəldir. Məncə,həyatın mənası da məhz bundadır.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri