Icma.az
close
up
RU
70 yaşın söz hədiyyəsi

70 yaşın söz hədiyyəsi

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Təranə ARİFQIZI

Kamil Arazla tanışlığımız kitabları ilə başlayıb. Hər dəfə uşaqlar üçün yeni kitabı işıq üzü görəndə radioda - "Ədəbiyyat saatı" proqramında qonağım olub. Yazdığı şeirləri birgə oxumuşuq, tapmacaları o oxuyub, mən cavabını tapmağa çalışmışam. Hər dəfə "Ədəbiyyat saatı"nın dinləyicilərini uşaq dünyalarına qonaq aparmışıq. Kamil Arazın qələmindən süzülən uşaq şeirlərindən xüsusi bir zövq alıram. Hərdən əlimin altında olan kitabları vərəqləyib "Kəpənəklər"in qanadında uçuram:

Çəmənlikdə göstərir

Kəpənəklər tamaşa.

Bir-ikisi tək uçur,

Qalanı qoşa-qoşa.

Onlar nəyə bənzəyir? -

Soruşan olsa məndən.

Deyərdim gül-çiçəkdir,

Yel qoparıb çəməndən.

Görürsünüzmü, misralarda ağırlıq yoxdur, insanı yormur, kəpənək qanadı kimi yüngül, incə, zərifdir, yaddaşa tez hopur, bənzətmə isə çox gözəldir.

Kamil müəllim hər bir əşyanı, canlını, təbiəti uşaq gözü ilə görən, gördüklərini uşaq dililə, uşaq təfəkkürü ilə oxucuya çatdıran şairdir. Azərbaycan uşaq ədəbiyyatının tanımadığım, oxumadığım nümayəndəsi çox az olar. Oxuduqca, hansı şeir uşaq dünyasına daha yaxındır deyə, bir-birilə müqayisə etməyə çalışmışam. Kamil müəllimin yazdığı hər misra, hər bənd-bütöv yaradıcılığı uşaqlar üçün, elə böyüklər üçün də yeni, daha uşaqdilli olması ilə diqqətimizi cəlb edir.

"Xəzinə"ni vərəqləyirəm. Kitab 1959-cu ildən ömrünün sonuna kimi ana dili proqramlarının tərtibçisi, redaktoru, 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifi olmuş mərhum professor Yəhya Kərimovun redaktorluğu ilə uşaqların ixtiyarına verilib. Yəhya müəllim bu şeirləri oxuyub, sevib, Kamil müəllimə bu yolda uğurlar arzulayıb.

Bəzən iş otağımızda boş vaxtlarda Kamil müəllimin şeirlərini oxuyuruq. Hər kəs öz münasibətini bildirir. Sonda bir fikirdə oluruq: əsl uşaq şeiridir.

Baxaq:

Səhər tezdən dururam,

Etmişəm adət bunu.

Əl-üzümü yuyanda

Unutmuram sabunu.

Aynamızın önündə

Daraq alıb əlimə,

Bağlayıram bantımı

Sığal verib telimə.

Ayaqqabım tərtəmiz,

Silmişəm dünən axşam.

Dəftər, kitab, qələmi

Çantama da yığmışam.

Anama qalır, desin:

- Hazırdı çayın, bala.

Mən yeyim, anam öpsün,

Məktəbə salsın yola.

Dörd bəndlik şeirdə sevgi var. Uşağın dərsinə, məktəbinə, geyiminə, səliqəsinə sevgi, bir də ailə dəyəri, ailə sevgisi. Necə də doğma gəlir insana.

"Xəzinə"də başqa bir xəzinə tapıram. Unudulmuş, kənd yerlərində az-az işlənən əşyalar var ki, onların adını, hazırlanma, işlənmə qaydasını çoxları bilmir. Məsələn:

Babam söyüddən

Şivləri yığdı.

Bir şey toxudu

Dedi ki, çığdı.

Dedim, neynirik

Çığı, de görək.

Dedi üstündə

Sulanır çörək.

Sən demə, babam

Bir xəzinədir.

Öyrəndim ondan

Çığ sözü nədir?

Onu da deyim ki bəzi bölgələrdə çığa "irəfətə" də deyilir.

Kamil Arazın uşaqlara həsr etdiyi yaradıcılığının əsas hissəsini beş yüzdən artıq bir-birindən maraqlı tapmacaları təşkil edir. Bu tapmacalarda insana - uşaqlara xoş gələn, onları düşündürən hər şey var - məntiq, sual, yumor, sevgi, yaddaş və sair. Bilirik ki, tapmaca uşaqların zehni qabiliyyətini artıran, nitqini inkişaf etdirən, ən əsası düşündürən söz oyunu, qədim folklor nümunəsidir.

2018-ci ildə nəşr olunan "Tapmacalar" kitabının geniş izahını AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu verib. O qeyd edir ki, " ...burada verilən 200-dən çox tapmacanı seçim etmədən belə istənilən nümunəni götürüb orta məktəbdə ibtidai sinif dərsliklərinə salmaq olar".

Mən də həmkarımın fikri ilə tamamilə razıyam. Kamil Araz yaradıcılığı həqiqətən uşaqların diqqətinə çatdırılmalıdır. Bir neçə nümunə gətirmək istəyirəm:

Yazıdakı hərflər

Ağızda dönər səsə.

Badam adam olacaq,

Hansı səs deyilməsə?

              ("B hərfi)

Divardayam, qoldayam,

Mən həmişə yoldayam.

                (Saat)

İki aypara

Durub üz-üzə.

Aydınlıq verir

Mətləbə, sözə.

              (Mötərizə)

Başda yetişir,

Ürəkdə yatır.

Ağızdan düşür,

Qulağa çatır.

              (Söz)

Şair sonuncuda "söz" ün tapmaca şəkli ilə uşaqları tanış edir.

Kamil Arazın doqquzuncu, hələlik sonuncu kitabı olan "Hamısı tapmacadır" kitabının ön söz müəllifi Milli Məclisin deputatı, filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas Elnarə Akimovadır. Elnarə xanım "İşarəni tapmacalardan gözləyin" adlı mətndə Kamil Arazın yaradıcılıq manerasını elə gözəl təhlil edir ki, kitabı oxumadan keçə bilmirsən. Bu tapmacalar mənim üçün də maraqlıdır - nəvələrimə, şagirdlərimə öyrətmək üçün. Özüm də düşünürəm, cavaba baxmadan tapmağa çalışıram:

Dildəki hər deyimin

Var anlamı, var payı.

Deyimi bilən bilər,

Topuqdan olan çayı.

(Kür çayı)

Müəllif burada oxucuya həm tapmaca təqdim edir, həm də el arasında məşhur olan bir deyimi cavab kimi qoyur. "Araz aşığındandı, Kür topuğundan" - bu deyim dünyanı vecinə almayan, əhli-kef adamlar üçün deyilib.

Dəyər təyini üçün

Ehtiyac olub sözə.

Bir deyimdə lor ilə

Nə qoyulub üz-üzə?

(Şor)

Yaxşı ilə pisə fərq qoymaq üçün söylənən deyimi belə ustalıqla tapmacaya gətirib, sadə dillə təqdim etmək ancaq Kamil Araz qələminə məxsusdur. Yadınızdadırsa, o deyim belədir: - "Lor ilə şora fərq yoxdur".

Kimə məxsus olması

Şübhəsizdir, bəllidir.

Aşıq köksünə sıxar,

Təyini də "tellidir".

( Saz)

Bu tapmacada folklorumuzun bir parçası olan telli saza işarə vurulur. Həm də Azərbaycan dilinin qrammatik tərkibi olan təyini söz birləşmələrini bizə xatırladır.

Qırx dörd gün oldu döyüş,

Bir gün vermədi ara.

Atam necə adlanır,

Davada alıb yara?

( Qazi)

Kamil Arazın vətənpərvərlik mövzusunda onlarla şeiri var. Amma mövzunu tapmacalarında da davam etdirir. Uşaqlarımız unutmasın, yaddaşlarında yaşatsın deyə onlara şəhid, qazi adını tapmaq üçün suallı tapmaca verir.

Tariximizi, qədim Azərbaycan dövlətləri olan Ağqoyunlu və qaraqoyunluları da uşaqlara xatırlatmağı unutmur şair.

Adları gəlir

Tayfa boyundan.

Bir cüt dövlətin

Yarlığı yundan.

(Ağqoyunlu, Qaraqoyunlu)

Onu da qeyd edim ki, kitabdakı hər tapmaca haqqında yetərincə açıqlamalar, təhlillər vermək olar. Çünki hamısı uşaqların maraq dairəsinə xitab edən folklor nümunəsidir:

Cırtdan qayıdır evə,  

Nağıl sona yetişir.

Qalib gəlir o divə,

Göydən üç alma düşür.

Bu dekabr ayında dəyərli şairimizin 70 yaşı tamam olur. Kamil müəllim, sizin oxucunuz olaraq, sıfırı yeddinin yanından götürürük. Çünki siz, elə 6-7 yaşlı uşaq təbiətində olub, yaradıcılığı ilə o yaşda olan uşaqların nəbzini tutan, ruhunu oxşayan söz xiridarısınız. Hələ yazıb-yaratmaq üçün zaman da var, həvəs də. Sizə bu yolda bol-bol yaradıcılıq uğurları arzu edirik. 70 illik yubileyiniz mübarək!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:526
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri