Icma.az
close
up
RU
Ömrün yubiley hesabatı

Ömrün yubiley hesabatı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Böyük rus yazıçısı F.Dostoyevski deyirdi: “Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım.” Bu fikir heç də təsadüfdən yaranmayıb. Çünki elə insanlar var ki, onlar zamanın ritmini duymağı bacarırlar.

Fransız filosofu Anri Berqsonun fikrincə, “İnsan zamanın içində yaşamır, zaman insanın içində yaşayır". Bu yanaşma ömrün mənasını illərin sayında deyil, yaşanan anların dəyərində, kəmiyyətdə deyil, keyfiyyətdə axtaranların həyat fəlsəfəsini ifadə edir. Necə deyərlər, insanın ömür yolu onun kimliyini müəyyənləşdirir. Belə ömürlər yaşandıqca mənaya, dəyərə və örnəyə çevrilir.

Hesab edirik ki, böyük şairimiz Bəxtiyar Vahabzadənin insanın həyata, əməyə, mənəvi dəyərlərə münasibətinin ümumiləşdirilmiş fəlsəfi müstəvidə təqdimi olan bir bəndlik poetik şeir nümunəsini xatırlatmaq yerinə düşər:

Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?

Zəhməti həyatın ayrılmaz mənəvi ölçüsü kimi təqdim edən şair, sanki həm də Elşad Həsənovun həyat və fəaliyyətinin, yaşanan ömrün ideya xətti ilə üzvi şəkildə səsləşdiyinin nəzəri-estetik cəhətini göstərir. Bəs zəhmətdən başlayan, dövlətə, cəmiyyətə xidmətlə davam edən və mənaya çevrilən bu ömür yolu haradan başladı?

Hər insanın ömür yolu onun kimliyini müəyyənləşdirir. Elə ömürlər var ki, zaman keçdikcə yalnız xatirəyə çevrilir, elə ömürlər də var ki, yaşandıqca mənaya, dəyərə və örnəyə dönür. Elşad Həsənovun həyatı məhz ikinci qəbildəndir. 12 fevral 1956-cı ildə başlayan bu yol bu gün 70 illik ləyaqətli xidmət, vətəndaş məsuliyyəti və sözə sədaqət salnaməsi kimi dəyərləndirilir.

Elşad Həsənov ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsinin veteranı, politoloq və təhlükəsizlik üzrə ekspertdir. Onun həyat və fəaliyyətində “öncə Vətən” prinsipi dəyişməz mövqe kimi dayanır. Bu prinsip təkcə yazılarında deyil, həm də tutduğu vəzifələrdə, qəbul etdiyi qərarlarda, göstərdiyi münasibətlərdə öz əksini tapıb.

Onun həyat yolu zəhmətlə başlayıb. 1972-1974-cü illərdə Qardabani rayonunda Karton-Ruberoid zavodunda fəhlə kimi çalışması gənc yaşlarından əməksevərliyin və məsuliyyətin formalaşmasına səbəb olub. Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı ali təhsil Elşad Həsənovun dünyagörüşünü, analitik düşüncə tərzini və sözə münasibətini müəyyənləşdirib. Ardınca SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Minsk şəhərindəki Ali Kurslarında təhsil alması onun peşəkar fəaliyyətinə ciddi məktəb olub.

Əmək fəaliyyətinin ilk mərhələsində “Azərnəşr”də redaktor kimi çalışan Elşad Həsənov qısa müddətdə peşəkarlığı ilə seçilib. 1984-cü ildən etibarən isə onun həyatında yeni və məsuliyyətli bir dövr başlayıb-Azərbaycan Respublikasının DTK-MTN orqanlarında uzun illər ərzində müxtəlif bölgələrdə və mərkəzi aparatda şöbə rəisi vəzifəsinədək yüksəlib. Bu illər dövlətçiliyin, təhlükəsizliyin və milli maraqların qorunması baxımından xüsusilə məsuliyyətli dövr idi.

Elşad Həsənov Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi vətənin ən ağır günlərində xidmət borcunu yerinə yetirib. O, general rütbəsinə bir addım qalmış polkovnik rütbəsində ehtiyata buraxılsa da, hərbi xidmət illərində qazandığı nüfuz, əməli nailiyyətlər və etibar onun üçün rütbədən daha dəyərli olub. Xidmətlərinə görə “Hərbi xidmətlərə görə” medalı, “MTN orqanlarının 90 illiyi” və “DTX-nın 100 illiyi” medalları ilə təltif edilməsi bu xidmətlərin rəsmi təsdiqidir.

Dövlət qulluğundan sonra da Elşad Həsənov fəaliyyətini məsul mövqelərdə davam etdirib. 2005-2011-ci illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəis müavini, 2011-2021-ci illərdə isə “Bahar Energy Operating Company Limited” şirkətində vitse-prezident vəzifəsində çalışaraq təhlükəsizlik və idarəetmə sahəsində təcrübəsini tətbiq edib.

Bu gün Elşad Həsənov cəmiyyətdə daha çox politoloq və təhlükəsizlik üzrə ekspert kimi tanınır. Respublika mətbuatında, televiziya və radio kanallarında etdiyi çıxışlar aktual mövzulara dərin yanaşması, milli maraqlara söykənən mövqeyi və analitik dəqiqliyi ilə seçilir. Onun publisistik yazıları oxucunu düşündürür, mövqeyə çağırır. “Öncə Vətəndir” adlı məqalələr toplusunun dörd cildi bu mövqenin ideya ifadəsidir. Ümumilikdə 14 kitabın müəllifi olan Elşad Həsənov sözə məsuliyyətlə yanaşan qələm sahibidir.

Elşad Həsənovu fərqləndirən əsas cəhətlərdən biri də insani keyfiyyətləridir. Dostlarına sədaqəti, verdiyi sözə əməl etməsi, çətin məqamda insanlara arxa durması onu tanıyanların xüsusi hörmətini qazandırıb. Onun üçün vəzifə müvəqqətidir, insanlıq isə daimi dəyərdir. Elə buna görə də müxtəlif mühitlərdə-sadə insanlar arasında da, ziyalı çevrələrində də eyni ehtiramla qarşılanır.

Ömrünün bu mənalı yolunun arxasında möhkəm ailə dayağı dayanır. Elşad Həsənov həyat yoldaşı Sevil Qiyas qızı Həsənova ilə qarşılıqlı sevgi və hörmət üzərində ailə qurub. Sevil Həsənova tanınmış alim, filologiya elmləri doktoru, publisistdir və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Müstəqillik dövrünün ilk qadın professorudur. Bu fakt təkcə bir ailənin yox, bütövlükdə Azərbaycan elminin və jurnalistikasının uğur göstəricisidir. Onların ailəsi ziyalılığın, elmə və sözə sədaqətin, mənəvi dəyərlərin vəhdətini təcəssüm etdirir.

70 illik ömür yoluna nəzər salanda aydın görünür ki, Elşad Həsənov üçün həyat yalnız yaşanan illərin sayı deyil, həmin illərin məzmunudur. O, sözün həqiqi mənasında yaşadığı ömrü xidmətə çevirən, ləyaqəti və vicdanı ilə yadda qalan şəxsiyyətdir.

Qərənfil Dünyaminqızı,

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Banuçiçək Kalbalıyeva,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri