70 illik ömrün salnaməsi: Allahverdi Məmmədlinin həyat yolu ekranlaşdırıldı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) Tələbə İnkişaf Mərkəzində Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlinin 70 illik yubileyi münasibətilə çəkilmiş “Bir ömrün salnaməsi- Professor Allahverdi Məmmədli- 70” adlı sənədli filmin təqdimatı baş tutub.
Təqdimat mərasimində tanınmış ziyalılar, universitetin professor-müəllim heyətinin nümayəndələri, tələbələr, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.

Filmin ssenari müəllifi Mahir Qəribov Sherg.az-a danışıb:
"Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli haqqında hazırladığımız “Bir ömrün salnaməsi” sənədli filmi nümayiş olundu. Bu film bir insan ömrünün, həyat yolunun təcəssümüdür.
Allahverdi müəllim bütün ömrünü milli mətbuatın tədqiqinə, onun tarixi və inkişaf xüsusiyyətlərinin araşdırılmasına həsr edib. Onun fakültəmizdə tədris etdiyi fənlərdən biri də məhz milli mətbuat və kütləvi informasiya vasitələrinin təsiri ilə bağlıdır. Biz filmdə onun orta məktəb illərindən başlayaraq tələbəlik həyatını və sonrakı əmək fəaliyyətini əhatə etməyə çalışdıq.
İnsan elm öyrəndikcə daha da ucalır. Çünki qüvvət elmdədir. Dahi Nizaminin də dediyi kimi, insanı ucaldan onun biliyi və elmidir.
Filmdə Mirzə Cəlil Məmmədquluzadənin video görüntülərinə də yer verilib". 
Ssenari müəllifi qeyd edib ki, bu kadrlar demək olar ki, eksklüziv kadrlardır və filmin əhəmiyyətini daha da artırır:
"İnanıram ki, Allahverdi müəllim bundan sonra da öz biliyini və təcrübəsini gənclərimizə, tələbələrimizə ötürəcək, onlara elm öyrətməyə davam edəcək. Çünki o, bir məktəbdir. Necə ki, Mirzə Cəlil bir məktəb olub, biz də onun yaradıcılığından öyrənmiş, bəhrələnmişik. Onun tədqiqatçısı olan, hörmətli professorumuz Allahverdi Məmmədli də bizim üçün belə bir məktəb, örnəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Oktyabr 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















