Icma.az
close
up
RU
700 bal toplayan Samir danışdı: Həm çalışır, həm də oyun oynayırdım

700 bal toplayan Samir danışdı: Həm çalışır, həm də oyun oynayırdım

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

IV ixtisas qrupu üzrə qəbul imtahanının hər iki mərhələsinin nəticələrinin cəminə əsasən ən yüksək göstəricini 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu əldə edib.

AZXEBER.COM-un əməkdaşı yüksək nəticə göstərən abituriyentlə əlaqə saxlayıb. Samir Tağızadə qazandığı uğurla bağlı təəssüratlarını saytımızla bölüşüb.

Müsahibənin təqdim edirik:

– 700 bal topladığınızı öyrənəndə ilk reaksiyanız necə oldu?

– İmtahanın nəticələri açıqlananda evdə ailəmlə birlikdə idim. Nəticəni görəndə hamımız çox sevindik. Bu, sözlə ifadə olunmayacaq qədər qürurverici və möhtəşəm bir hiss idi.

– Qəbul imtahanına necə hazırlaşırdınız?

– Hazırlıq kurslarına gedirdim və planlı şəkildə dərslərimi oxuyurdum. Qarşıma qoyduğum məqsədə çatmaq üçün müntəzəm çalışırdım.

– Hazırlıq dövründə sosial şəbəkələrdən istifadə edirdinizmi?

– Bəli, sosial şəbəkələrdən istifadə edirdim. Çox aktiv olmasam da, boş vaxtlarımda mobil telefonda oyunlar oynayırdım. Hesab edirəm ki, hazırlıq dövründə həm çalışmaq, həm də istirahət etmək vacibdir.

– Bu il imtahana hazırlaşan abituriyentlərə nə tövsiyə edərdiniz?

– Onlara çox çalışmağı tövsiyə edərdim. Amma bununla yanaşı, istirahətə də kifayət qədər vaxt ayırmaq lazımdır. Ən vacib məqamlardan biri vaxtı düzgün planlaşdırmaq və səmərəli istifadə etməkdir.

– Sizcə, 700 bal toplamağın sirri nədədir?

– Məncə, əsas sirr həm hazırlıq prosesində, həm də imtahan zamanı vaxtı düzgün idarə etməkdir. Dərslərə planlı yanaşmaq və imtahanda vaxt bölgüsünü düzgün qurmaq yüksək nəticə əldə etməyə kömək edir.

– Ailənizdə sizdən əvvəl yüksək nəticə göstərən olubmu?

– Bəli. Bacım məndən iki yaş böyükdür. O da qəbul imtahanında 654 bal toplamışdı.

– Hansı ixtisası seçməyi planlaşdırırsınız?

– Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisasını seçməyi planlaşdırıram.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri