Icma.az
close
up
RU
Qızıl bu tarixdən bahalaşacaq

Qızıl bu tarixdən bahalaşacaq

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur.

Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə isə 3 500 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırır.

Qızıl bazarında son dəyişikliklər ABŞ dollarının möhkəmlənməsi, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlamaq ehtimalı ilə əlaqələndirilir.

"Reuters” agentliyinin oktyabrın 27-də dərc etdiyi 30 analitik və treyder arasında keçirilən sorğunun nəticələrinə görə, qızılın 2026-cı il üzrə orta qiymət proqnozu 4 495 dollar təşkil edib. Bu, üç ay əvvəlki 4 509 dollarlıq proqnozdan aşağıdır. Analitiklər 2027-ci il üçün isə orta qiymət gözləntisini 4 650 dollara yüksəldiblər.

Bununla yanaşı, "Sucden Financial” şirkətinin analitikləri qızılın ilin sonuna qədər 3 900 dollar səviyyəsində dəstək nöqtəsini yoxlaya biləcəyini düşünürlər. Onların fikrincə, ABŞ-də faizlərin yüksək qalması və inflyasiya təzyiqləri qiymətli metalın bahalaşmasını çətinləşdirir.

Fransanın "Natixis” bankı isə qızılın gələcək qiyməti ilə bağlı üç mümkün ssenari təqdim edib. Bankın baza proqnozuna əsasən, qiymətli metal 2026-cı ilin sonuna qədər 4 100 dollara qədər geriləyə bilər. Daha mənfi ssenaridə isə qiymətin 3 500 dollara enməsi istisna edilmir. Əksinə, inflyasiyanın sürətlə zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətini yumşaltması qızılın 5 250 dollardan yuxarı qalxmasına şərait yarada bilər.

Digər tərəfdən, "OCBC” bankının strateqləri noyabrın 2-də açıqlanan yeni proqnozlarında qızılın ilin sonuna qədər 4 250 dollara, 2027-ci ilin sonuna qədər isə 4 710 dollara yüksələ biləcəyini bildiriblər. Onların fikrincə, mərkəzi bankların qızıl alışları və investisiya fondlarına vəsait axını qiymətli metalın qiymətini dəstəkləyən amillərdir.

Beləliklə, dünya analitiklərinin proqnozları qızılın gələcək qiyməti ilə bağlı vahid mövqenin olmadığını göstərir. Yaxın perspektivdə ucuzlaşma ehtimalı gündəmdə qalsa da, 2027-ci ildə qiymətlərin yenidən yüksələcəyi gözləntiləri də var.

///sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Noyabr 2026 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri