Icma.az
close
up
RU
Subbakalavrlar üçün ayrıca bir müsabiqə mərhələsi təşkil olunsun Ekspertdən TƏKLİF

Subbakalavrlar üçün ayrıca bir müsabiqə mərhələsi təşkil olunsun Ekspertdən TƏKLİF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Subbakalavrların ali təhsilə keçidində mövcud tətbiq olunan model sistemli və məqsədyönlü deyil. Kollec məzunlarının ümumi abituriyentlərlə eyni müsabiqədə iştirak etməsi, həm hüquqi baxımdan mübahisəlidir, həm də təhsil sistemində bərabərsizliyə yol açır. Bu gün subbakalavr statusu olan şəxslər nə ali təhsilə keçid zamanı, nə də əmək bazarında ciddi şəkildə dəyərləndirilmir. Halbuki bu təbəqə həm bacarıqlı, həm də təcrübəli kadr potensialıdır və bu potensialdan istifadə olunmaması insan kapitalının strateji israfı deməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov subbakalavrların ali təhsilə keçidi haqqında danışarkən bildirdi.

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə əsasən, subbakalavrlar – yəni orta ixtisas təhsili müəssisəsini başa vurmuş şəxslər – növbəti təhsil pilləsinə keçmək hüququna malikdir. Lakin bu hüquq mexanizmi son dərəcə çətin və çətinliklərlə doludur. Kollec məzunları, illərlə praktiki təhsil aldıqdan sonra, test imtahanlarında orta məktəb məzunları ilə eyni şərtlərdə yarışmalı olur. Bu, nə pedaqoji, nə hüquqi, nə də sosial baxımdan ədalətli deyil. Onlar nə xüsusi tədris proqramı, nə ayrı qiymətləndirmə meyarları, nə də uyğun qəbul strukturu ilə təmin olunurlar.

2023-cü ildə kollec məzunlarının ali məktəblərə qəbul imtahanlarında iştirak edənlər arasında yalnız 28,4%-i uğur qazanıb. Halbuki ümumi abituriyentlər üzrə bu göstərici 52%-dən çox olub. Bu fərq sistemin kollec məzunlarına uyğunlaşdırılmamasının nəticəsidir. Dövlət İmtahan Mərkəzi hər il minlərlə subbakalavrı imtahanlara buraxır, amma onlara uyğun təhsil proqramı ayrılmadığından qəbul faizi aşağı qalır və nəticə etibarilə bu şəxslər təhsilsiz və peşəsiz şəkildə əmək bazarında sıxışdırılır", - deyə o qeyd etdi.

Ekspert təklif edir ki, subbakalavrlar üçün ümumi qəbuldan sonra ayrıca və sadələşdirilmiş bir müsabiqə mərhələsi təşkil olunsun və yalnız öz ixtisaslarına uyğun qiyabi təhsil proqramlarına yönləndirilsinlər:

"Bu, həm sistemli, həm də insan yönümlü qərar olar. Belə bir yanaşma Almaniya, Avstriya, Finlandiya və Polşa kimi ölkələrdə uğurla tətbiq olunur. Almaniyada "Berufsbegleitendes Studium" adlı model vasitəsilə texniki təhsil almış şəxslər işə paralel olaraq təhsillərini davam etdirə bilirlər. Bu model onların həm praktiki bacarıqlarını artırır, həm də iş yerindən ayrılmadan təhsil almalarına şərait yaradır.

Qiyabi təhsil subbakalavrlar üçün ən uyğun modeldir. Bu şəxslər çox vaxt ya işləyir, ya ailə saxlayır, ya da artıq bir peşədə təcrübə qazanmış olurlar. Onların gündəlik bölmədə yenidən sıfırdan 4 illik təhsilə cəlb olunması vaxt və resurs israfıdır. Halbuki uyğunlaşdırılmış 2 illik proqramlarla qiyabi və ya distant formada təhsil alsalar, həm biliklərini artırar, həm də iqtisadi baxımdan daha az yük altında inkişaf edərlər. Hazırda isə onlar üçün ali təhsildə heç bir uyğunlaşdırılmış proqram yoxdur, təkrar eyni fənləri sıfırdan oxuyurlar. Bu isə sistemin təkrara düşməsi və səmərəsiz idarə olunduğunu göstərir".

Müsahibimiz hesab edir ki, subbakalavrlar üçün xüsusi ixtisaslar ayrılmalıdır:

"Onlar ümumi ixtisaslara yönləndiriləndə ali məktəbdə 11 illik orta təhsil alan tələbələrlə eyni proqramı keçmək məcburiyyətində qalırlar. Halbuki bu şəxslərin artıq ixtisas bazası formalaşıb və onların bilik və bacarıqları yalnız seçilmiş, konkret sahəyə uyğun proqramlarla tamamlanmalıdır. Əks halda, bu şəxslər üçün ali təhsil sadəcə diplom əldə etmək məqsədli formal bir mərhələyə çevrilir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə hər hansı konkret proqram və ya yol xəritəsi təqdim etmir. Nə marifləndirmə işi aparılır, nə ictimai müzakirə açılır, nə də statistik hesabatlarla problem cəmiyyətə tanıdılır.".

K.Əsədov bildirdi ki, nazirlik subbakalavr təbəqəsinin ali təhsilə inteqrasiyasını yalnız texniki proses kimi görür, amma bu inteqrasiyanın sosial və pedaqoji nəticələrini nəzərə almır.

"Həmçinin nazirlikdən əmək bazarının tələbləri ilə bu təbəqənin bacarıqları arasında uyğunluğun təhlili də yoxdur. Proqnozlar açıqlanmır, planlar göstərilmir, məsuliyyət bölgüsü aparılmır. Bu isə bir daha təhsil idarəçiliyində strategiya yoxluğunu və sadəcə formallıq üzərində qurulmuş idarəetməni göstərir.

Əgər subbakalavrlar üçün xüsusi müsabiqə mərhələsi müəyyən edilsə, bu zaman onların təhsilə bərabər və effektiv çıxışı təmin olunar. Qiyabi və ya distant proqramlar vasitəsilə daha çevik və real təhsil mexanizmi formalaşar. Əlavə olaraq, bu, ali məktəblərin gündüz bölməsindəki yükü azaldar və bu təbəqənin sosial statusunu yüksəldər. Bu dəyişiklik həm də sosial ədalət baxımından vacib addım olar. Subbakalavrlar hansısa təhsilsiz və ya “boş diplomlu” gənc kütlə kimi deyil, peşəkar təhsil keçmiş, təcrübəli və məqsədyönlü təbəqə kimi formalaşar.

Yekun olaraq, subbakalavrların ali təhsilə keçidi ümumi abituriyentlərlə eyni mexanizmdə deyil, ayrıca və məqsədli şəkildə təşkil olunmalıdır. Bu, həm sistemin ədalətliliyini artırar, həm də bu təbəqənin real inkişaf imkanlarını təmin edər. Təəssüf ki, bu istiqamətdə hazırda nə Elm və Təhsil Nazirliyinin proqramı, nə də ictimaiyyətin məlumatlandırılması üçün ciddi səyləri görünür. Və bu səssizlik, bu biganəlik Azərbaycanın təhsilində strukturlaşdırılmış sosial pilləliliyin formalaşmasına ən böyük əngəldir. Təhsil siyasəti ancaq qəbul faizi ilə ölçülməməli, insan həyatına və sosial bərabərliyə təsiri baxımından planlaşdırılmalıdır. Subbakalavrlarla bağlı bu məsələ isə test göstəricisindən daha böyük və dərin bir məsələdir. Bu məsələni görməmək isə dövlətin gələcəyini görməməkdir", - deyə təhsil eksperti yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri