Icma.az
close
up
RU
Bu şəxslər məktəblərdə əlavə ikinci iş yeri olaraq çalışsınlar Ekspertdən TƏKLİF

Bu şəxslər məktəblərdə əlavə ikinci iş yeri olaraq çalışsınlar Ekspertdən TƏKLİF

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə qeyri-pedaqoji ixtisasların siyahısı müəyyənləşdirilib.

Bəs qeyri-pedaqoji ixtisas sahiblərinin müəllimlik etməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, pedaqoji fəaliyyətlə məşğul olmaq qaydalarındakı dəyişikliklərə əsasən bəzi müəyyən sayda qeyri-pedaqoji ixtisasları bitirən şəxslər də məktəblərdə müəllim kimi işləyə biləcəklər:

"Bir neçə gün əvvəl rəsmi siyahı yayımlanıb. Bu siyahı Musiqi, İnformatika, Təsviri-İncəsənət, Kimya, Biologiya və digər istiqamət fənnləri ilə bağlıdır. Məsələn, tətbiqi kimya ixtisasını bitirən şəxs əvvəlki illərdən fərqli olaraq artıq məktəblərdə kimya müəllimi kimi çalışa biləcək. Proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, kompüter elmləri kimi ixtisasları bitirən şəxslər məktəblərdə informatika müəllimi kimi fəaliyyət göstərə biləcəklər".

Ekspertin sözlərinə görə, bunun həm mənfi, həm də müsbət tərəfləri var.

"Müsbət tərəfi odur ki, pedaqoji tərəflə qeyri-pedaqoji tərəf arasındakı tədrisdə əsaslı fərqlər var. Bu keyfiyyət, yanaşma fərqidir. Nə yaxşı ki, qeyri-pedaqoji ixtisasların da artıq müəllim kimi işləməsinə icazə verildi. Amma biz onları ancaq müəllim kimi məktəbə bağlaya bilmərik. Bu, onların yüksək kadr kimi öz keyfiyyətlərini və bacarıqlarını göstərmələrinə mane ola və onları ciddi şəkildə məhdudlaşdırar. Bu, yolverilməzdir. Biz bu kimi insanların məktəblərdə əlavə ikinci iş yeri olaraq çalışmaqlarına xüsusi diqqət etməliyik. Çünki bu insanlar əsasən praktikalardadır. Təhsilin də özəyi nəzəri müddəalar yox, praktiki həyati bacarıqların tətbiqidir. Onlar məktəbdə daha məhsuldar olacaqlar. Sırf pedaqoji ixtisası bitirib müəllimlik edənlərə hörmətlə yanaşıram. Amma əmin olun ki, istehsalat istehsalatdır, təcrübə təcrübədir. Bir ixtisasla bağlı praktiki bacarıqların olması onun tədrisinə böyük maraq yaradır. Bundan tam əmin ola bilərsiniz. Avtomatika, proseslərin idarə olunması, kompüter elmləri, kompüter mühəndisliyi bunlar öz istiqamətlərində də məhsuldar ola bilərlər. Niyə ancaq informatika müəllimi kimi işləməlidirlər? Amma bu vacibdir. Bir şərtlə ki, bu şəxslərin iki iş yeri məsələsinə xüsusi önəm verilsin".

Müsahibimiz qeyd etdi ki, bəzi ixtisaslarla bağlı, əsasən Kimya, Biologiya, Musiqi və s. əmək bazarında özünü tapa bilməyən şəxslər heç olmasa öz bilik və bacarıqlarını gələcək nəsillərlə, bizim indiki şagirdlərimizlə bölüşə bilirlər:

"Bu da yaxşıdır. Məsələn, şəxs tətbiqi biologiya oxuyub, müəyyən səbəblərdən işləyə bilmir. Bu kimi şəxslərin evdə oturması o qədər də ədalətli olmaz. Onlar məktəbdə universitetdə öyrəndiklərini gələcək nəsillərə öyrətsinlər. Bu o demək deyil ki, biz məktəbə sonuncu variant kimi baxaq. Bu proses ikili əməkdaşlıq istiqamətində daha yaxşı ola bilər. Qeyri-pedaqoji ixtisası bitirən şəxs iki yerdə işləməlidir. Pedaqoji ixtisası bitirən müəllimlər inciyə bilər ki, biz varıq. Deyə bilərlər ki, qeyri-pedaqoji ixtisasların məktəbdə işləmələri vacibdirmi? Bəli, vacibdir. İstehsalat dünyası insanının bu gün şagirdə ötürəcəyi mexanizmlər və prinsiplər çağdaş təhsilin tələblərinə daha çox uyğun gəlir", - deyə E.Nuri bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri