700 milyard dollar itirdi, amma zarafatından qalmadı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikalı biznesmen, “SpaceX” şirkətinin və “Tesla”nın qurucusu İlon Mask artıq trilyoner olmadığını bildirib.
Moderator.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsindəki paylaşımında bu mövzuda zarafat edib.
“Keçmiş trilyoner”, - deyə o yazıb.
“Forbes”in məlumatına görə, hazırda İlon Maskın sərvəti 725 milyard dollar təşkil edir.
Xatırladaq ki, iyunun 24-də “Bloomberg” Maskın sərvətinin 1 trilyon dollardan aşağı düşdüyünü açıqlamışdı. Onun sərvəti “SpaceX”in birjaya çıxmasından sonra iyunun 16-da 1,45 trilyon dollara çatmışdı. Lakin şirkətin səhmlərinin kəskin ucuzlaşması nəticəsində Mask trilyoner statusunu itirib.
İyulun 13-də “SpaceX” səhmlərinin dəyəri 40 faiz azalaraq ilkin kütləvi təklif (IPO) səviyyəsinə yaxınlaşıb. Bundan əlavə, “Tesla”nın maliyyə nəticələrinin analitiklərin proqnozlarından aşağı olması şirkətin bir gün ərzində 214,5 milyard dollar bazar dəyəri itirməsinə səbəb olub.
Daha əvvəl Mask Ukraynada münaqişənin Qərbin Rusiyaya güzəştləri olmadan başa çatmasının mümkün olmadığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 İyul 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















