Icma.az
close
up
RU
710 min ildir sönülü olan vulkan aktivləşdi

710 min ildir sönülü olan vulkan aktivləşdi

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər 710 min il ərzində sönmüş hesab edilən İranın cənub-şərqindəki Təftan vulkanında aktivlik əlamətləri qeydə alıblar. Araşdırmalar 2023-2024-cü illər arasında vulkan zirvəsinin cəmi 10 ayda təxminən 9 santimetr qalxdığını göstərib.

Ölkə.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin fikrincə, bu dəyişiklik zirvənin altında isti mayelər və qazların yığılması yaxud maqmanın yer səthinin altına sızması ilə bağlı ola bilər. 2024-cü ildə yerli sakinlər tüstü və kül çıxışlarını müşahidə ediblər ki, bu da vulkanın yenidən aktivləşdiyini göstərir.

Araşdırmanın aparıcı müəllifi, vulkanoloq Pablo Qonsales bildirib ki, Təftan sönmüş deyil, yatmış vulkan hesab edilməlidir. Onun sözlərinə görə, yeraltı təzyiq artmaqda davam edir. Gələcəkdə zəif və ya güclü enerji partlayışına səbəb ola bilər.

Alimlər qeyd ediblər ki, vulkanın ventilyasiya çıxışlarından hər gün təxminən 20 ton kükürd dioksid, həmçinin su buxarı, hidrogen sulfidi və ftorid qazı ayrılır. Bununla belə, Qonsales bildirib ki, yaxın zamanda püskürmə təhlükəsi yoxdur:

“Bu, panikaya səbəb deyil, lakin İran hakimiyyətinə Təftanı daha yaxından izləmək üçün siqnaldır”.

Təxminən 4000 metr hündürlüyə malik Təftan vulkanı Sistan və Bəlucistan vilayətində, Pakistan sərhədinə yaxın ərazidə yerləşir. Ən yaxın böyük şəhər Zahidan, vulkandan təxminən 160 kilometr məsafədədir.(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri