Icma.az
close
up
RU
Kamçatkada eyni vaxtda dörd vulkan AKTİVLƏŞDİ

Kamçatkada eyni vaxtda dörd vulkan AKTİVLƏŞDİ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyasının Kamçatka yarımadasında eyni vaxtda bir neçə vulkanın püskürməsi davam edir və bu, yerli hava yolları üçün ciddi təhlükə yaradır.

Redaktor.az-ın Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupunun (KVERT) məlumatlarına istinadən verdiyi xəbərə görə, avqustun 28-də Klyuçevskaya sopka vulkanında dəniz səviyyəsindən təxminən 6500 metr hündürlüyə kül püskürməsi qeydə alınıb. Hadisə yerli vaxtla saat 13:25-də (Bakı vaxtı ilə 05:25) baş verib.

Hündürlüyü 4750 metr olan Klyuçevskoy vulkanında zirvənin partlayışlı püskürməsi davam etməkdədir. KVERT mütəxəssisləri hər gün kraterdə lavanın fəvvarə vurması ilə müşayiət olunan strombol tipli aktivlik müşahidə edirlər. Vulkandan qalxan kül dumanları şərq istiqamətində 430 kilometrə qədər uzanıb. Klyuçevskoy üçün aviasiya təhlükəsizliyi kodu "narıncı" olaraq təyin edilib: bu isə o deməkdir ki, istənilən vaxt külün 8 kilometrə qədər yüksəlməsi mümkündür və yaranan kül buludları yerli aviareyslər üçün risk daşıyır.

"KVERT-in peyk məlumatlarına əsasən, həftə ərzində vulkanda termal anomaliya müşahidə olunub; kül şleyfləri vulkandan şərqə doğru 430 kilometrədək yayılıb", - deyə KVERT-in hesabatında vurğulanır.

Oxşar "narıncı" təhlükə kodu Şiveluç vulkanına da verilib. Onun partlayıcı püskürməsi dayanmır, lava günbəzinin şimal hissəsində yeni lava bloku formalaşır. Burada külün 12 kilometrə qədər sovrulması ehtimal olunur ki, bu da beynəlxalq aviasiya xətləri üçün artıq təhlükə sayılır.

Bezımyannıy və Kraşeninnikov vulkanları isə "sarı" təhlükə səviyyəsindədir. Hər iki vulkanda effuziv püskürmə prosesi gedir: lava axınları tökülür, buxar-qaz aktivliyi və termal anomaliyalar qeydə alınır. Kraşeninnikovda lava şərq yamacları boyu axır.

Bütün vulkanlar Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun alimləri tərəfindən davamlı olaraq izlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri