Icma.az
close
up
RU
8 may Beynəlxalq Talassemiya Günüdür

8 may Beynəlxalq Talassemiya Günüdür

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi keçirilir.
Missiya.Az
xəbər verir ki, həmin gün 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis edilib və onun əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə, profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.
Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulması ilə nəticələnir. Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, azyaşlının fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara gətirib çıxarır. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.
Ağır talassemiya formalarında uşaqlar həyatlarını erkən dövrdə itirir, orta ağır talassemiya zamanı uşaqlar yetkin yaşa qədər yaşayırlar. Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enir. Qanda dəmirin miqdarı ya norma daxilində, ya da artmış olur. Eritrositlər patologiya nəticəsində vaxtından əvvəl parçalanır, bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq isə böyüyür. Valideynlərdən gen vasitəsilə uşağa keçən ağır irsi qan xəstəliyi olan talassemiya genetik çatışmazlıq nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə edilir. Dəmir defisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olursa, talassemiya zamanı bu preparatların qəbul edilməsi xəstəyə zərərli təsir göstərir. Talassemiya müalicə edilməsə də, xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir.

Habelə ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salan və xəstənin tam sağlam yaşamasını təmin etmək olur.

Zərintac Mayisqızı
 Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 May 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri