8 min əsər aid olduğu torpaqlara geri qaytarıldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"Dünyanın hər yerində Türkiyədən hər hansı bir əsar varsa, bunu bilsinlər ki, Türkiyə gəlib bunu sizdən alacaq"
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy deyib.
O, vəzifəyə gəldiyi gündən etibarən ölkəyə aid 8 minə yaxın sənət əsəri qaytarıldığını vurğulayıb:
"Qətiyyətli təqiblər nəticəsində bütün ölkələr bizə məxsus olanları geri qaytarmağa başlayıblar. Biz vəzifəyə gəldiyimiz gündən ölkəmizə aid 8 minə yaxın sənət əsəri gətirmişik".
Nazir öz çıxışı zamanı kitabxanaların necə mühüm olduğundan da söz açıb:
"Nazirlik olaraq digər mühüm mövzumuz kitabxanalardır. 2018-ci ildən biz ümumilikdə 524 kitabxana açmışıq, onlardan 204-ü ümumiyyətlə kitabxananın olmadığı yerlərdə sıfırdan tikilib. Bu il Nazirliyimizin tabeliyində fəaliyyət göstərən kitabxanaların sayı 1296-ya çatıb. Bundan əlavə, biz çox şadıq ki, səyyar kitabxanalarımızın və körpələr üçün kitabxanalarımızın sayını artırmışıq".
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















