Icma.az
close
up
RU
8 min qətl, siyasi xaos: Beynəlxalq ictimaiyyət susur

8 min qətl, siyasi xaos: Beynəlxalq ictimaiyyət susur

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Haitidə artan zorakılıq, siyasi sabitsizlik və dövlət institutlarının faktiki olaraq iflic vəziyyətinə düşməsi beynəlxalq gündəmdə yenidən müzakirə olunmağa başlayıb. BMT Baş katibinin ölkədə 8 mindən çox qətlin qeydə alınması ilə bağlı açıqlaması böhranın dərinliyini açıq şəkildə ortaya qoyur. Bu fonda BMT-nin mövcud vəziyyəti dəyişmək üçün hansı real addımları ata biləcəyi və beynəlxalq ictimaiyyətin prosesdə nə dərəcədə aktiv rol oynayacağı əsas sual olaraq qalır.

Mövzuyla bağlı politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Haitidə artıq uzun müddətdir davam edən bu proseslər faktiki olaraq beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Düşünürəm ki, bunun əsas səbəbi ölkənin təbii resurslar baxımından maraq doğurmamasıdır. Haitidə nə neft, nə də qaz ehtiyatları var.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdən də orada insanların hüquqlarının kütləvi şəkildə pozulmasına beynəlxalq səviyyədə ciddi reaksiya verilmir. İnsan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatların prosesə laqeyd yanaşması onu göstərir ki, dünyada hansısa ölkədə baş verən hadisələrə beynəlxalq reaksiya yalnız o halda ortaya çıxır ki, böyük güclərin həmin ölkədə konkret maraqları olsun:

"Haiti əslində kiçik dövlət deyil. Ərazisi təxminən 20 min kvadrat kilometrdir, əhalisi isə 11-12 milyon nəfərə yaxındır. Ölkə Karib hövzəsində yerləşir və ABŞ-yə coğrafi baxımdan kifayət qədər yaxındır. Buna baxmayaraq, ABŞ-nin də bu proseslərə münasibətdə passiv mövqe sərgilədiyini görürük".

Müsahibimiz hesab edir ki, Venesuelada və ya təbii sərvətlər baxımından zəngin olan digər regionlarda baş verən hadisələrlə Haitidəki proseslər mahiyyət etibarilə çox da fərqlənmir. Lakin beynəlxalq diqqət tamamilə fərqlidir. Bu baxımdan BMT-nin indiki mövqeyi düşünürəm ki, prosesin gedişinə ciddi təsir göstərmir.

Xəyal Bəşirov: Beynəlxalq reaksiyaların səviyyəsi humanitar ölçülərdən çox, siyasi və iqtisadi maraqlarla bağlıdır

X.Bəşirov qeyd edir ki, əslində beynəlxalq ictimaiyyət bu məsələdə dərhal səfərbər olmalı idi:

"Müqayisə üçün desək, İranda baş verən hadisələr diqqətdə saxlanıldı. Müxtəlif məlumatlara görə, etiraz aksiyaları zamanı əvvəlcə 2-3 min, sonradan isə 5 minə yaxın insanın həyatını itirdiyi bildirildi və bu, beynəlxalq səviyyədə geniş rezonans doğurdu. ABŞ və digər beynəlxalq təşkilatlar bu məsələdə fəal mövqe nümayiş etdirdilər:

Amma 12 milyonluq Haitidə 8 min insanın öldürülməsinə eyni həssaslıq göstərilmir. Bu fakt bir daha onu göstərir ki, beynəlxalq reaksiyaların səviyyəsi humanitar ölçülərdən çox, siyasi və iqtisadi maraqlarla bağlıdır".

Ekspert bildirib ki, BMT-nin bu prosesə müdaxiləsinin real nəticə verəcəyini düşünmürəm. Əgər ABŞ və dünyanın aparıcı dövlətləri bu böhrana ciddi reaksiya versələr, yalnız o halda Haitidəki xaosun qarşısını almaq, etirazlar zamanı insanların öldürülməsini dayandırmaq mümkün ola bilər.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri