Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyət narahatdır

Beynəlxalq ictimaiyyət narahatdır

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İrandakı gərginliyin idarəolunmaz hala gəlməsi region üçün riskli ola bilər

İranda etiraz aksiyaları və iğtişaşlar davam edir. Buna səbəb dolların bahalaşması fonunda milli valyutanın ucuzlaşmasıdır. Bu da əhalinin sosial durumuna ciddi təsir edir. Əvvəlki aylarda artan böhran yeni ildə daha da dərinləşib. Xatırladaq ki, İranda İsraillə 12 günlük savaşdan sonra iqtisadi vəziyyət gərginləşib. Digər səbəb müharibəyə görə nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının dayandırılmasıdır. Belə ki, bundan sonra Tehran Qərbin sanksiyaları ilə daha çox üzləşir. Bütün bunların fonunda ötən il dekabrın 28-də  İranda, xüsusən də paytaxt Tehranda sahibkarların etiraz aksiyası başlayıb və güclənən  nümayişlər davam edir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda ölən və yaralananların sayı  artmaqdadır. 

ABŞ hansı variantı seçir?

İran hakimiyyəti də ölkədə sosial-iqtisadi tənəzzülü etiraf edib və nümayişçilərlə dialoq aparıb. Bir neçə gün öncə Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb. Lakin bu görüş etiraz aksiyalarını dayandıra bilməyib. Hazırda gündəmin əsas mövzusu ABŞ-ın İrana hərbi müdaxilə edib-etməyəcəyidir. “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb ki, Donald Tramp İranla fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik variantları nəzərdən keçirir. Bununla belə, mənbələrin bildirdiyinə görə, Amerika lideri hələ də İrana zərbə endirilməsi ehtimalından imtina etməyib. ABŞ rəsmilərinin sözlərinə görə, mümkün zərbə Vaşinqtonun vəziyyətdən narazı olduğunu göstərən “mesajın çatdırılması” məqsədi daşıyır və İranda hakimiyyət dəyişikliyinə yönəlməyib.

Ağ Evin mətbuat katibi Kerolin Levitt yanvarın 12-də jurnalistlərə bildirmişdi ki, İran tərəfi ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla əlaqə saxlayıb: “Mənim başa düşdüyümə görə, Stiven Vitkoff İranla bağlı diplomatik əlaqələrdə çox mühüm rol oynayacaq”.

Britaniya Tehrandakı səfirliyini bağlayıb

“NBC” telekanalı isə xəbər verib ki, İsrail və bir neçə ərəb ölkəsi ABŞ-dan İrana hücumları hələlik təxirə salmasını xahiş edib. Məlumata görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran ABŞ zərbələrinin ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər zəifləməyib. Onlar, həmçinin Ağ Evə genişmiqyaslı zərbələri İranda vəziyyət daha da gərginləşənədək təxirə salmağı təklif ediblər. Bütün bunlar yanvarın 13-də Ağ Evdə ABŞ-ın İrandakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.

Donald Tramp milli təhlükəsizlik komandasına bildirib ki, İrana qarşı istənilən mümkün hərbi əməliyyatlar “sürətli və qətiyyətli” olmalıdır. Məlumata görə, Ağ Evin rəhbəri həftələr və ya aylarla davam edə biləcək uzunmüddətli münaqişə istəmir. Mənbələr qeyd edir ki, Pentaqon ABŞ-ın İrandakı vəziyyətə hərbi müdaxiləsi üçün bir neçə variant hazırlayıb. Lakin Donald Trampın müşavirləri ABŞ-ın hücumundan sonra İranda hakimiyyətin sürətlə çökəcəyinə hələ zəmanət verə bilməyiblər. ABŞ administrasiyası İranın mümkün cavabından qorunmaq üçün Vaşinqtonun regionda kifayət qədər resursunun olmamasından ehtiyatlanır. Ona görə də, Prezident İranda daha məhdud hərbi əməliyyatla bağlı qərar qəbul edə bilər.

Bu arada ABŞ hakimiyyəti İranda davam edən iğtişaşlar səbəbindən amerikalıları təcili olaraq bu ölkəni tərk etməyə çağırıb. İrandakı “virtual” ABŞ səfirliyi amerikalıları uzunmüddətli internet kəsintilərinə hazır olmağa, alternativ rabitə planları qurmağa və mümkün olduğu halda İranı quru yolu ilə tərk etməyə, əks təqdirdə isə təhlükəsiz yer tapmağa, həmçinin qida, su, dərman və digər zəruri əşyalardan ehtiyat yaratmağa çağırıb. Sənəddə vurğulanır ki, “ABŞ vətəndaşları İranda dindirilmə və həbs riski altındadırlar”.

Böyük Britaniya hökuməti isə regionda gərginliyin artması fonunda İrandakı səfirliyinin müvəqqəti bağlanmasına qərar verib. “The Independent” xəbər verir ki, qərar İran rəhbərliyinin ABŞ Prezidenti Donald Trampın mümkün hərbi zərbələrinə cavab olaraq regiondakı Amerika hədəflərini vuracağı ilə bağlı xəbərdarlıqlarından sonra verilib. Böyük Britaniya, həmçinin Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çağırıb.

Ankaranın vasitəçiliyi tərəflər arasında gərginliyi yatıra bilər

Təbii ki, mövcud gərginlik, hərbi qarşıdurma region ölkələri üçün də risklidir. Bu səbəbdən regionun güclü dövlətlərindən biri olan Türkiyə hesab edir ki, İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir. Xarici işlər naziri Hakan Fidan qeyd edib ki, regionda keçmişdən qalan çoxsaylı problemlər var: “Bunlardan biri də İranın uzun illər məruz qaldığı sanksiyalardır. Bizim sərhəd qonşumuzla yüz illərə söykənən tarixi əlaqəmiz var. Ona görə də İrandakı hadisələri yaxından izləyirik. Təhlükəsizliyin təmini üçün problemlərin dialoq yolu ilə həllinin tərəfdarıyam. Ona görə də diplomatik səylərimizi davam etdirəcəyik. Ümid edirəm ki, ABŞ və İran aralarındakı məsələni danışıq yolu ilə həll edəcəklər”.

Əlbəttə, hazırkı şəraitdə ABŞ və İran üçün ən uyğun vasitəçi Ankara ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə davamlı telefon danışığı aparması, eyni zamanda, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul etməsi bunun göstəricisidir. Bütün bunların fonunda ehtimal etmək olar ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat aparması ən son variantdır. Çünki bu, mövcud şəraitdə tətbiqdən daha çox, çəkindirici taktika kimi daha çox səmərə verə bilər. Bu baxımdan, yaxın zamanlarda Türkiyənin tərəflərin görüşünə ev sahibliyi etməsi də istisna deyil.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri