Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyət üçün praktik model

Beynəlxalq ictimaiyyət üçün praktik model

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: “Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”

“Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Bu sözləri Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində söyləyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”. Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, beynəlxalq təcrübə mübadiləsinə açıq olması və Bakı şəhərinin müasir urbanizasiya ilə tarixi irsin harmoniyasını uğurla birləşdirməsi böyük anlam daşıyır. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəki və digər şəhərlərdə həyata keçirilən şəhərsalmanın inkişaf modeli ölkənin sistemli modernləşmə siyasətinin göstəricisidir. Azərbaycan qlobal şəhərsalma gündəliyində ev sahibi ölkə kimi artan rolunu nümayiş etdirir. Bakı Olimpiya Stadionunda keçirilən genişmiqyaslı tədbir beynəlxalq əməkdaşlıq və davamlı şəhər inkişafı üçün mühüm platformadır. WUF13-ün Cənubi Qafqazda ilk dəfə Bakıda keçirilməsi region üçün tarixi hadisə kimi qiymətləndirib. Azərbaycanın münaqişədən sonrakı ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün praktik model kimi maraq doğurur.

Müasir dövrdə şəhərsalma artıq qlobal trendə çevrilib. Hazırda dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayır və hesablamalara görə, 2050-ci ilə qədər bu göstərici 70 faizə çata bilər. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra şəhərsalma sahəsində ən unikal nümunələrdən birini ortaya qoyub. Elə bir dövlət olmayıb ki, bu qədər qısa müddət ərzində öz gücü və imkanları hesabına bu sayda şəhər, kənd və qəsəbəni yenidən bərpa etsin. Hesablamalara görə, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq. Bu, olduqca böyük göstəricidir və faktiki olaraq alternativi yoxdur.

“BEŞ İLƏ ARTIQ 85 MİN İNSANIN DOĞMA TORPAQLARINA QAYIDIŞINI TƏMİN ETMİŞİK”

Dövlət başçımıza ünvanlanan “Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və yaşıl enerji layihələrini təqdim edib. Bunlar münaqişədənsonrakı dövrdə yenidən qurulan ərazilərdir. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər?” sualına gəlincə, bunu belə cavablandırıb: “Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik. İlk növbədə, elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək”. Bütün bunlarla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 435 körpü tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar - bütün bu işlər paralel şəkildə həyata keçirilir. “Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”, - deyə Prezident bildirib.

Azərbaycanın bütün bu layihələri daxili imkanları hesabına həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır və qürurverici göstəricidir. Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin olunub və bu proses ardıcıl şəkildə davam edir. Səksən beş mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir. Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardan biridir.

“TARİXİ VƏ MEMARLIQ İRSİNİN QORUNMASI İLƏ ŞƏHƏRLƏRİN MÜASİRLƏŞDİRİLMƏSİ BİR-BİRİ İLƏ UZLAŞMALIDIR”

WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna töhfədir. WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən WUF13-ün Bakıda yüksək səviyyədə təşkili diqqəti cəlb edir. 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu adı altında keçirilən WUF13 tədbiri minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirlərini, merləri, biznes nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib. “Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”, - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 May 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri