Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

8 Noyabr Azərbaycan tarixinin qürur salnaməsi

8 Noyabr Azərbaycan tarixinin qürur salnaməsi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

Zəfər Günü xalqımızın qəhrəmanlığının, qürurunun, birliyinin və Azərbaycan dövlətçiliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsinin Zəfərlə yekunlaşması Azərbaycan xalqının üç onillik ərzində gözləntisinin, ümidlərinin doğrulması, düşmən üzərində qələbəsinin nümayişi idi. Bu Zəfər Azərbaycan dövlətinin hərbi, siyasi, diplomatik və strateji qələbəsi, xalqın milli birliyinin və dövlətimizin qüdrətinin zirvəsi kimi tariximizə yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

O qeyd edib ki, Ermənistanın növbəti təxribatının qarşısının alınması məqsədilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüz və suverenliyimizin, beynəlxalq hüququn və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizə idi. Ermənistanın illərlə davam edən işğalçılıq və terror siyasəti, davamlı təxribatları, danışıqlar prosesini pozması, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi səbəbindən başlanan 44 günlük Vətən müharibəsində ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.

Heç şübhəsiz, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ölkə iqtisadiyyatının dirçəldilməsi, xarici investisiyaların cəlb edilməsi, uzaqgörən enerji siyasəti, ordu quruculuğu sahəsində atdığı addımlar, sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyəti bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövlətini qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Rəşadətli ordumuz, xüsusən son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsil bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti, xalqımızın görünməmiş milli həmrəylik nümayiş etdirməsi, öz lideri ətrafında yumruq kimi birləşməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı.

Deputat bildirib ki, uzun illər işğal altında olan torpaqlarımızın hər qarışı uğrunda igid oğullarımızın Vətən müharibəsi dövründə qəhrəmanlıqla mübarizə aparması, xüsusilə də Şuşanın azad olunması ən nümunəvi əməliyyatlardan biri kimi dünya hərb tarixində yer aldı. Bu döyüş təkcə hərbi üstünlük deyil, mənəvi gücün, Vətən sevgisinin, xalqın iradəsinin təzahürü idi. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Onun azadlığı həm də milli ruhun azadlığı idi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Z.Şükürov deyib: “Prezident İlham Əliyev 5 il öncə noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa həmin tarixdəki müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir!” ifadələri ilə Şanlı Zəfərimiz Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

“Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişmək iqtidarında olmayacaq və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi və cəmi 23 saat 48 dəqiqə davam edərək, Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu”, - deyən. Z.Şükürov bildirib ki, xalqımızın qüdrətinin və milli qürurumuzun rəmzinə çevrilən bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Zəfər Günü, əslində, təkcə 44 günlük müharibənin yekunu deyil. Bu, həm də Azərbaycan dövlətçiliyinin müasir mərhələyə qədəm qoymasının təntənəsidir. Bu Qələbə ilə Azərbaycan regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaratdı. Zəfərimiz Azərbaycanın beynəlxalq nüfuzunu misilsiz dərəcədə artırdı. Bu gün dövlətimiz təkcə enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və həmin layihələri effektli şəkildə həyata keçirən bir ölkə deyil, eyni zamanda, bu Zəfər sayəsində sülh və sabitliyin təminatçısdır. Bu ilin avqustun 8-də dünyanın bir nömrəli paytaxtı Vaşinqtonda əldə olunan razılaşma məhz Azərbaycanın və liderimizin misilsiz diplomatik və hərbi-siyasi uğurunu bir daha nümayiş etdirdi.

“Noyabrın 8-də ölkənin hər guşəsində şəhidlərimizin ruhu anılır, qəhrəmanlıq dastanları yenidən xatırlanır. Bu şanlı Zəfər tarixi gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir, Zəfər Günümüz isə Azərbaycan xalqının ən böyük qürur simvoludur”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri