Icma.az
close
up
RU
8 Noyabr inam və qürurun təntənəsi

8 Noyabr inam və qürurun təntənəsi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Mədinə QAFARZADƏ
BDU Hüquq fakültəsinin 1-ci kurs tələbəsi

XXI əsrin müharibəsi kimi dünya hərb salnaməsinə qızıl hərflərlə yazılan, şanlı Azərbaycan Ordusunun cəmi 44 günə uğurla başa vurduğu, xalqımızın haqq mübarizəsində qalib gəldiyi Vətən Müharibəsi tarixə əbədi həkk olundu. 8 Noyabrda Böyük Zəfərlə yekunlaşan bu müqəddəs savaşın hər gününü dərindən araşdırmaq, həmin dövrdə döyüş meydanında, arxa cəbhədə, diplomatik mübarizədə yaşananları ən incə detallarına qədər öyrənmək və yaddaşlara yazmaq vacibdir. Bu məsuliyyət isə qismətinə qələbəmizə şahidlik etmək yazılmış bugünkü nəslin, Vətən Müharibəsinin müasiri olanların üzərinə düşür.

İkinci Qarabağ müharibəsi tarixdə bənzəri az olan bir dövrdə - qlobal COVID-19 pandemiyası şəraitində baş verdi. Bu dövrdə Azərbaycan xalqı eyni anda iki böyük sınaqla üz-üzə qalmışdı: görünməz virusun qorxusu və Vətənin azadlığı uğrunda gedən ölüm-dirim mübarizəsi.

Pandemiya insanların sosial əlaqələrini məhdudlaşdırmış, izolyasiya, qeyri-müəyyənlik, ölüm vahiməsi və digər faktorlardan doğan uzunmüddətli stress yaratmışdı. Bunun üzərinə müharibə xəbərləri, itkilər və informasiya axını əlavə olunanda, cəmiyyətimiz emosional gərginliyin pik nöqtəsini yaşadı.

Elmi tədqiqatlara görə, bir toplum eyni anda bir neçə stress mənbəyinin təsirinə məruz qaldıqda fərdlərdə travmaya reaksiya intensivliyi iki-üç dəfə artır. 2020-ci ilin payızında Azərbaycan cəmiyyətində bu hal açıq şəkildə müşahidə olunurdu: bəzi insanlar panikataklar, yuxu pozuntuları və emosional uyuşma yaşayırdı. Digərləri isə bu ikili gərginliyə iman, vətənpərvərlik və milli birlik hissi ilə qarşı dururdu. Maraqlı paradoks ondadır ki, pandemiyanın yaratdığı təcrid şəraiti eyni zamanda xalqı daxili birliyə və ortaq düşüncəyə yönəltdi. İnsanlar evlərindən kənara çıxa bilməsələr də, qələbə xəbərlərini ekran arxasından göz yaşları ilə izləyir, xalqın kollektiv emosional ritminə qoşulurdular.

44 günlük müharibə zamanı Azərbaycan dövləti təhlükəsizlik məqsədilə sosial şəbəkələrdə və bəzi internet platformalarında məhdudiyyətlər tətbiq etmişdi. Psixoloji elmi araşdırmalar göstərir ki, informasiya axınının məhdudlaşdırılması bəzən fərdlərdə kontrol hissinin itməsi və stress səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Lakin bu vəziyyətdə fərdlər emosional stabilliyi qorumaq üçün alternativ psixoloji mexanizmlər yaradırlar. Həmin dövrdə insanlarımız bir-biri ilə sıx emosional əlaqəni itirsələr də, daxili bağlılıqlarını gücləndirdilər. Psixoloji baxımdan bu, emosional yüklənmənin sıxılmış forması idi: insanlar duyğularını paylaşa bilməsələr də, onları içlərində topladılar. Və həmin emosional enerji 8 Noyabrda, Şuşanın azadlığı xəbəri yayılanda bir anda boşaldı, sevinc qışqırıqlarına, qürurdan yaranan göz yaşlarına və zəfər nidalı yürüşlərə çevrildi.

Azərbaycanlı olan hər kəs o günlərdə öz daxilində döyüşdü: bəziləri ön xətdə, bəziləri arxa cəbhədə, hətta kimisə də elan edilmiş xüsusi rejimi pozmadan qələbə xəbərlərini evdə həyəcanla gözləyərək. Qorxu, gərginlik və ümid bir yerdə yaşayırdı, amma heç kim inamını itirmədi. Çünki bu xalq ürəkdən inanırdı: haqq-ədalət onun tərəfindədir!

8 Noyabr ilk növbədə bu inamın nəticəsi oldu. Bu tarixi gündə xalqımızın əsrlərlə çəkdiyi iztirab qürurla, qələbə sevinci ilə əvəzləndi. Hər bir azərbaycanlının qəlbində həmin gün bu cümlə səsləndi: "Biz qalib gəldik!"

Biz 8 Noyabr Zəfəri ilə dünyaya bir daha göstərdik ki, Azərbaycan xalqı necə təmkinli, iradəli və mərddir. Biz sübut etdik ki, müharibə yalnız silahla deyil, inamla, ruhla və birliklə qazanılır.

Psixoloji baxımdan, bu cür möhtəşəm hadisələr kollektiv travmanı sağaltma gücünə malikdir. Cəmiyyətin birgə yaşadığı ağrılar fərəh və fəxarətlə əvəzləndikdə milli psixologiyada yenilənmə mərhələsi başlayır.

Müharibə zamanı əsgərlərimiz hər an ölümlə, qorxu və məsuliyyətlə üz-üzə idilər. Onların psixoloji dözümlülüyü yalnız fərdi güclə deyil, Vətənin azadlığına inamla möhkəmlənirdi. Araşdırmalara görə, milli məqsəd uğrunda döyüşən insanlarda psixoloji müqavimət səviyyəsi digər hallarla müqayisədə daha yüksək olur. 44 günlük Vətən Müharibəsində qazi olmuş leytenant Qurbanəli İsmayılovdan eşitdiklərim bu baxımdan xeyli maraqlı və təsirlidir:

"Müharibənin mənəvi təsiri mənim üçün o qədər də ağır olmadı. Çünki uşaqlıqdan hərbiyə böyük marağım var idi və 15 yaşımda bu yolu seçmişdim. Mən və mənim kimi o sırada dayanan yoldaşlarımın bir məqsədi var idi: təhsilimizi başa vurub zabit kimi ordu sıralarında xidmət etmək, Vətənimizi qorumaq, işğalda olan torpaqlarımızı azad etmək və 1990-cı illərdə millətimizə qarşı törədilən vəhşiliklərin qisasını almaq. Biz bu yolu seçəndə yaxşı bilirdik ki, asan yol deyil. Qarşımızda sınaqlarla dolu, çətin bir yol uzanırdı. Amma biz qorxmadıq, çünki bu yol Vətən yoluydu. Vətən müharibəsində başımıza gələnlər, aldığımız yaralar bizi sarsıtmadı. Əksinə, bu yolda aldığım hər bir yara mənim üçün qürur nişanıdır. Hər dəfə o izlərə baxanda içimdə fəxarət hissi oyanır. Lakin bizim üçün ən ağır, ən təsirli anlar o idi ki, illərlə birgə xidmət etdiyimiz, çiyin-çiyinə döyüşdüyümüz dostlarımızı itirirdik. Düzdür, heç bir qələbə itkisiz qazanılmır. Amma insan illərlə həm yaxşı, həm də pis günlərini paylaşdığı silahdaşlarını itirəndə, onun ürəyində heç vaxt dolmayan bir boşluq qalır..."

8 Noyabrda Azərbaycan xalqının öz yaxın tarixini ağrı-acılarla deyil, qürurla xatırlamaq ənənəsinin əsası qoyuldu. Hər bir azərbaycanlı üçün 8 Noyabr məğlubiyyət kompleksinin yox edildiyi, qalibiyyət ruhunun yenidən doğulduğu gün oldu. Bu tarixi gün bizim üçün milli özünəinamın bərpası kimi çox dəyərlidir. 8 Noyabr Zəfəri xalqda mənəvi güvən, birliyə inam və gələcəyə ümid hissini möhkəmləndirdi. Böyük Zəfərimiz 8 Noyabr tarixi ilə əbədiləşsə də, yalnız bir günün nəticəsi deyil, xalqımızın əsrlərlə çəkdiyi əzablara illərlə hazırlaşaraq verdiyi qətiyyətli cavabdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri