Icma.az
close
up
RU
Zəfərin və qürurun günü, 8 Noyabr

Zəfərin və qürurun günü, 8 Noyabr

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqı tarix boyu ədalətin, insanlığın və haqqın tərəfdarı olub. Biz məmləkətimizi yalnız qorumaq üçün vuruşmuşuq, heç vaxt özgənin payına göz dikməmişik və savaşımız işğal üçün deyil, var olmaq, azad yaşamaq üçün olub. Bu baxımdan azadlıq bizim üçün sadəcə ifadə olunan söz deyil, xalqımızın qan yaddaşı, müqəddəs şəhidlərimizin ruhunda əbədi yaşayan amaldır. Yaddaşımızın, qürumuzun bəlli ünvan olan Şəhidlər xiyabanı  təkcə məzar daşları ilə dolu bir sahə deyil, azadlığımızın, milli yaddaşının rəmzi, and və qürur yeridir. Həmin xiyabanda yatan hər qəhrəman bizə bir həqiqəti xatırladır, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Lakin əsrlər boyu bölünən, parçalanan, başqalarına hədiyyə edilən, bir qismi üzərində dövlət qurduğumuz torpaqlarımızdan bir qarış belə kimsəyə güzəşt olunmayacaq.

Biz tankların, topların qarşısına əliyalın çıxan xalqın övladlarıyıq. Bizim üçün Vətən anlayışı təkcə xəritədəki məkan deyil, milli kimlikdir, azadlıq eşqidir. Vətən uğrunda can vermək  bizim üçün fədakarlıq yox, şərəf məsələsidir.

Tariximiz qürurla, qəhrəmanlıqla doludur, amma 8 Noyabr Zəfəri şərəfli tariximizin zirvəsidir. 8 Noyabrda biz təkcə torpaqlarımıza sahib çıxmadıq, həm də işğal altındakı ruhumuzu azad etdik. Biz bu qalibiyyəti ona görə qazandıq ki, Azərbaycan tam heyəti ilə Baş Sərkərdənin rəhbərliyi altında döyüşürdü. Qarşımızda xalqın inandığı, son ümid yeri olan İlham Əliyev təkcə savaş meydanında yox, diplomatiya masasında, informasiya cəbhəsində də yenilməz döyüşçü və qələbənin simvolu kimi öndə idi. Prezident İlham Əliyev ikili oyunlara, kağız üzərində mövcud olan “həqiqətlərə” əsaslanan çoxqütblü dünya ilə mübarizədən qələbə ilə çıxaraq 2 əsrlik tariximizdə nadir bir ilkə imza atdı və ölkəmizin düşmənlərini heyrətə gətirdi. Ölkə başçısı nankor işğalçı ölkəni sadəcə məğlub etmədi, onu rəzil bir təslimçilik aktına imza atmağa məcbur etdi. Tariximizdə belə qürurlu və cəsarətli nümunə yalnız İlham Əliyevin rəhbərliyi altında mümkün oldu. 

Beləliklə, bir əsrdən çox bölgəni qan gölünə çevirən terror və separatizm meylləri məhv edildi, Azərbaycan isə böyük zəfərini qazandı. Bu qalibiyyət təkcə torpaqlarımızın azad olunması deyil, həm də xalqın iradəsinin, dövlətimizin möhkəmliyinin dünyaya nümayişi oldu. Qarabağ zəfəri regionda yeni nizamın, sabitliyin və ədalətin təməlini qoydu. 

Azərbaycan zəfərini alın təri ilə qazandı. Hər azad edilmiş torpaq, hər dalğalanan üçrəngli bayraq, hər şəhid məzarlığı bu qələbənin sözsüz şahididir. Ata ilə oğul, iki qardaş eyni səngərdə, eyni iradə ilə vuruşurdu və heç kəs onları dayandıra bilmirdi. Çünki bu müharibə yalnız torpaqlarımız üçün deyil, həm də milli şərəfimiz üçün aparılırdı. Azərbaycan bir daha sübut etdi ki, xalq gücü qarşısında heç bir qüvvə dayana bilməz. Qarabağın işğalda olması həm dövlətimiz, həm də xalqımız üçün qırmızı cizgi idi. Şərəf müharibəsinin qalibi isə torpaqlarını, tarixini və şərəfini qoruyan Ali Baş Komandan və xalqımız oldu. 

8 Noyabr xalqımız üçün sadəcə bir tarix deyil, azadlığın simvolu, qələbənin adı, bu günün və gələcəyin heç vaxt unudulmayacaq bayramıdır. Bayrağımız dalğalandıqca, millətimizin səsi ucaldıqca, bu tarix Azərbaycanın müstəqillik salnaməsində əbədi yaşayacaq. 8 Noyabr Zəfəri xalqımızın ağrılarına, acılarına məlhəm oldu, gözlərimizə nur, ürəklərimizə sevinc, millətimizə qələbə müjdəsi gətirdi. Döyüş yolundan Zəfər yoluna qədər şərəfli bir tarix yazan xalqımız bu əziz günü hər zaman qürur və iftixarla qeyd edəcək. Bu günü xalqımızın taleyinə Zəfər yazan igidlər, canı və qanı ilə torpağa azadlıq bəxş edən qəhrəman övladlarımız həmişəlik tariximizin və yaddaşımızın işıqlı səhifəsində yaşayacaqlar.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri