Icma.az
close
up
RU
8 Noyabr Zəfər Günü münasibətilə dünya ictimaiyyətinə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının MÜRACİƏTİ

8 Noyabr Zəfər Günü münasibətilə dünya ictimaiyyətinə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının MÜRACİƏTİ

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

8 Noyabr – Şanlı Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və ədalət uğrunda mübarizəsinin parlaq simvoludur. Bu gün Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərini və ədalətli sülhün qələbəsini təcəssüm etdirir. Bu Zəfər, eyni zamanda, insan və vətəndaş hüquqlarının, azadlıqların və ləyaqətin bərpası deməkdir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz bu günü yalnız hərbi zəfər kimi deyil, həm də sülh, təhlükəsizlik və insan ləyaqətinin qələbəsi kimi dəyərləndiririk. Azərbaycan xalqı uzun illər ərzində işğal, köçkünlük və humanitar böhranlarla üz-üzə qalsa da, bu sınaqları yüksək dözüm, vətənpərvərlik və mənəvi dəyərlərlə aşdı. Torpaqlarımızın azad edilməsi regionda yeni mərhələ – ədalətə əsaslanan sülh və birgəyaşayış modelinin formalaşması üçün imkan yaratdı.

Biz bu münasibətlə dünya ictimaiyyətinə müraciət edərək bildiririk ki, sülh və ədalət bir-birindən ayrılmaz dəyərlərdir. Ədalətin təmin olunmadığı mühitdə sülh davamlı ola bilməz, zorakılıq, istismar və insan alveri kimi cinayətlər kök salır.

Tarix və müasir münaqişələr göstərir ki, müharibələr, humanitar böhranlar və məcburi köçkünlük halları insan alveri üçün münbit şərait yaradır. Qadınlar və uşaqlar bu dövrlərdə ən çox zərər görən, istismar və zorakılığa məruz qalan həssas qruplardır. Koalisiya olaraq biz bu reallıqdan dərin narahatlıq duyur və beynəlxalq ictimaiyyəti müharibələrin sosial-humanitar nəticələrinə, xüsusilə də insan alveri risklərinə qarşı birgə səfərbər olmağa çağırırıq.

Azərbaycan dövləti sülh və bərpa mərhələsində beynəlxalq humanitar hüquqa və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq və inteqrasiya proqramları, mina təmizləmə, sosial müdafiə və qadınların reabilitasiyası istiqamətində atılan addımlar dövlətin və vətəndaş cəmiyyətinin ortaq səylərini əks etdirir. Biz bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini və əməkdaşlığını vacib hesab edirik.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, hər bir qələbə yalnız hərbi güclə yox, həm də mənəvi və humanitar dəyərlərlə ölçülürr. Azərbaycanın Zəfəri zorakılığa qarşı ədalətin, işğala qarşı beynəlxalq hüququn və qurbanlara qarşı insan ləyaqətinin qələbəsidir. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları sülhün qorunması, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, qadın və uşaqların müdafiəsi, psixososial reabilitasiya və sosial ədalətin bərpası istiqamətində birgə fəaliyyətə çağırırıq.

Zəfər Günü bizim üçün qisasın deyil, sosial ədalətin bərpasının, düşmənçiliyin deyil, sülhün təntənəsidir. Azərbaycan xalqı dünyaya sübut etdi ki, ədalət, insan ləyaqəti və sülh uğrunda mübarizə ən böyük qələbədir. Biz inanırıq ki, bu bəşəri dəyərlərin qorunması regionda və dünyada insan alverinə, zorakılığa və istismara qarşı mübarizənin təsirli yoludur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq dünya ictimaiyyətinə müraciət edirik: Sülhü qorumaq, müharibələrin fəsadlarını aradan qaldırmaq və insan ləyaqətini müdafiə etmək üçün bir olaq!

Allah şəhidlərimizə rəhmət eləsin!

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Noyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri