Icma.az
close
up
RU
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Zəfər Günü münasibətilə müraciət yaydı

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Zəfər Günü münasibətilə müraciət yaydı

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 8 Noyabr - Zəfər Günü münasibətilə dünya ictimaiyyətinə müraciət yayıb.

Moderator.az xəbər verir ki, müraciətdə deyilir;

"8 Noyabr – Şanlı Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və ədalət uğrunda mübarizəsinin parlaq simvoludur. Bu gün Azərbaycanın  ərazi bütövlüyünün, suverenliyinin,  beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərini və ədalətli sülhün qələbəsini təcəssüm etdirir. Bu Zəfər, eyni zamanda, insan və vətəndaş hüquqlarının və  azadlıqların  və ləyaqətin bərpası deməkdir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz bu günü yalnız hərbi zəfər kimi deyil, həm də sülh, təhlükəsizlik və insan ləyaqətinin qələbəsi kimi dəyərləndiririk. Azərbaycan xalqı uzun illər ərzində işğal, köçkünlük və humanitar böhranlarla üz-üzə qalsa da, bu sınaqları yüksək dözüm, vətənpərvərlik və mənəvi dəyərlərlə aşdı. Torpaqlarımızın azad edilməsi regionda yeni mərhələ – ədalətə əsaslanan sülh və birgəyaşayış modelinin formalaşması üçün imkan yaratdı.
Biz bu münasibətlə dünya ictimaiyyətinə müraciət edərək bildiririk ki, sülh və ədalət bir-birindən ayrılmaz dəyərlərdir. Ədalətin təmin olunmadığı mühitdə sülh davamlı ola bilməz, zorakılıq, istismar və insan alveri kimi cinayətlər kök salır. Tarix və müasir münaqişələr göstərir ki, müharibələr, humanitar böhranlar və məcburi köçkünlük halları insan alveri üçün münbit şərait yaradır. Qadınlar və uşaqlar bu dövrlərdə ən çox zərər görən, istismar və zorakılığa məruz qalan  həssas qruplardır. Koalisiya olaraq biz bu reallıqdan dərin narahatlıq duyur və beynəlxalq ictimaiyyəti müharibələrin sosial-humanitar nəticələrinə, xüsusilə də insan alveri risklərinə qarşı birgə səfərbər olmağa çağırırıq.

Azərbaycan  dövləti sülh və bərpa mərhələsində beynəlxalq humanitar hüquqa və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq  və inteqrasiya proqramları, mina təmizləmə, sosial müdafiə və qadınların reabilitasiyası istiqamətində atılan addımlar dövlətin və vətəndaş cəmiyyətinin ortaq səylərini əks etdirir. Biz bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini və əməkdaşlığını vacib hesab edirik.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, hər bir qələbə yalnız hərbi güclə yox, həm də mənəvi və humanitar dəyərlərlə ölçülürr.

Azərbaycanın Zəfəri zorakılığa qarşı ədalətin, işğala qarşı beynəlxalq hüququn və qurbanlara qarşı insan ləyaqətinin qələbəsidir. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları sülhün qorunması, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, qadın və uşaqların müdafiəsi, psixososial reabilitasiya və sosial ədalətin bərpası istiqamətində birgə fəaliyyətə çağırırıq.

Zəfər Günü bizim üçün qisasın deyil, sosial ədalətin bərpasının, düşmənçiliyin deyil, sülhün təntənəsidir. Azərbaycan xalqı dünyaya sübut etdi ki, ədalət, insan ləyaqəti və sülh uğrunda mübarizə ən böyük qələbədir. Biz inanırıq ki, bu  bəşəri  dəyərlərin qorunması regionda və dünyada insan alverinə, zorakılığa və istismara qarşı  mübarizənin təsirli yoludur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq dünya ictimaiyyətinə müraciət edirik: Sülhü qorumaq, müharibələrin fəsadlarını aradan qaldırmaq və insan ləyaqətini müdafiə etmək üçün bir olaq! 

Allah şəhidlərimizə rəhmət eləsin!

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri